Cəmiyyət

Qışlağa köç tıxaclara səbəb oldular - VİDEO

15 Oktyabr 2017 20:52
0 Şərh     Baxış: 1 288
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaylaqdan qışlağa köç edənlər yollarda tıxaclara səbəb oldular.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Tovuzu dağ kəndləri ilə birləşdirən Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolunda bir neçə gündür ki, uzun tıxaclar yaranır. Səbəb yaylaqdan qışlağa qayıdan köçlərin yolu tamamilə bağlamasıdır. Bu istiqamətdə hərəkət edən sürücülər yolda heyvanların arasından rahat şəkildə keçib, hərəkətlərini davam etdirə bilmirlər. Xüsusilə köçlə eyni istiqamətdə hərəkət edənlər yollarda daha çox gözləməli olur.
Yoldan tez-tez istifadə edənlər bildirir ki, ilin yaz və payız fəsillərində, təxminən bir ay ərzində hər gün bu cür problemlə qarşılaşırlar. Bu da insanlarda həm stress yaradır, həm də mənzil başına vaxtında çatmağa imkan vermir.
Sürücülər deyir ki, köç üçün alternativ yollar olsa, bu problemdən xilas olmaq olar. Avtomobil yolu ilə heyvanların intensiv hərəkət etmələri həm təhlükə yaradır, həm də uzun tıxaclara səbəb olur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Yaylaqdan qışlağa köç edənlər yollarda tıxaclara səbəb oldular

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.