Cəmiyyət

Urazbayev Həzi Aslanov barədə: Bu, nadir hadisədir

12 Oktyabr 2017 23:54
0 Şərh     Baxış: 1 071

Bizim fəaliyyətimizin əsas istiqaməti gəncləri qəhrəman ata-babalarımızın nümunəsində tərbiyə etməkdir. Mənə çox xoşdur ki, bu konfrans Azərbaycan torpağında keçirilir. Bu, Böyük Qələbənin həmrəylik nəticəsində qazanıldığını bir daha təsdiqləyir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Bakıda keçirilən "Xalqların birliyi faşizm üzərində qələbədə və sülhün qorunmasında əsas amil kimi" adlı beynəlxalq konfransın iştirakçısı, Qazaxıstanın "Arlan" vətənpərvər gənclər mərkəzi ictimai fondunun prezidenti polkovnik Amanjol Urazbayev söyləyib.

Konfransda Azərbaycanın Qələbəyə töhfəsinə dair real rəqəmlər səsləndirildiyini diqqətə çatdıran A.Urazbayev deyib: "Sovet dövründə hər bir vətəndaş bilirdi ki, tank, təyyarə və digər döyüş texnikasının 80 faizindən çoxu Bakı nefti ilə işləyib. Mən Azərbaycan qəhrəmanlarından birinin - Həzi Aslanovun bioqrafiyasını böyük məmnuniyyətlə öyrənmişəm. Əgər təyyarəçilər arasında ikiqat, üçqat qəhrəmanlar var idisə, tankçılar arasında ikiqat qəhrəman olmaq nadir hadisədir. Tank qoşunları general-mayoru Həzi Aslanovun qəhrəmanlıq yolu hər kəsə örnəkdir. Mənə çox xoşdur ki, biz bu gün Həzi Aslanova ehtiram əlaməti olaraq ucaldılmış abidəni gördük. Bu, Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından çox əhəmiyyətlidir".

© Materiallardan

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.