Cəmiyyət

Avtomobil nömrə nişanlarına dəyişiklik edilməsi yolverilməzdir

12 Oktyabr 2017 23:41
4 Şərh     Baxış: 1 335

DİN Baş DYP İdarəsi sürücülərə və avtomobil sahiblərinə mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları standartlarının tələbləri ilə əlaqədar müraciət edib.

Milli.Az bildirir ki, son vaxtlar bəzi nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarında qanunvericiliklə nəzərdə tutulmuş standartların tələblərinin pozulması hallarına rast gəlinir. Belə ki, ayrı-ayrı sürücülər guya daha gözəl göründüyünü düşünərək nömrələrin üzərinə həkk olunmuş defis simvollarını bilərəkdən müxtəlif üsullarla silirlər, lakin nəzərə almırlar ki, bu hərəkət qayda pozuntusu hesab edilir. Yəni, sürücünün adi kiçik xətt hesab etdiyi simvolun pozulması dövlət qeydiyyat nişanları standartının tələblərinin pozulması kimi qiymətləndirilir ki, bu da nəticədə YPX əməkdaşı tərəfindən sürücünün cərimə olunmasına şərait yaradır.

Qeyd olunanları nəzərə alaraq, DİN Baş DYP İdarəsi nəqliyyat vasitələri sahiblərinin və sürücülərin diqqətinə çatdırır ki, nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarında qanunvericiliklə nəzərdə tutulmuş standartların tələblərinin pozulması (defis simvollarının, çərçivə xəttinin silinməsi) hallarının aradan qaldırılması üçün 1 ay müddətində vaxt verilir, əks halda nəqliyyat vasitəsinin istismarı qadağan olunmaqla sürücülər inzibati məsuliyyətə cəlb ediləcək, eləcə də xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınan digər qayda pozuntuları ilə bağlı tərtib edimiş elektron protokolardakı görüntülərdə belə hallar aşkar olunduğu təqdirdə inzibati xətaya yol vermiş şəxslər haqqında əlavə inzibati tənbeh tədbiri görüləcəkdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Mən · 13 Oktyabr 00:2320

    Bitməyən bəhanələr

    Cavab yaz
  • Anonim
    DYP · 13 Oktyabr 09:2300

    Lap ela amma qanun hamiya aid olmalidi !!!

    Cavab yaz
  • Anonim
    Sahib · 13 Oktyabr 09:3320

    AA bu nece olur ki? Xirdalanda DYP de nomra alanda elave 5 manat verirsan nomredeki xetleri ozleri silirler. Eger beledise nie ozleri silir?

    Cavab yaz
  • Anonim
    Azad · 13 Oktyabr 10:1110

    Dərdimizə baxda:defis!Piyada keçidini,əlillər üçün keçidi bağlayanlari görmürük.Səkidə parkovkanı görmürük.Defis probleme çevrilib.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.