Cəmiyyət

Anası öldürülən 4 yaşlı azərbaycanlı uşaq Bağdaddan Bakıya gətirildi

12 Oktyabr 2017 23:39
4 Şərh     Baxış: 8 475

İraqda "İslam Dövləti"nin darmadağın edilməsindən (hələlik tam başa çatdırılmamış) sonra bütün ölkələrdə ora valideynləri tərəfindən aparılmış və ya orada doğulmuş uşaqlar məsələsini daha fəal şəkildə müzakirə etməyə başladılar.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, mövzunu Rusiyada, Türkiyədə, Azərbaycanda və başqa ölkələrdə müzakirə edirlər. Körpələrdən əksəriyyəti valideynlərini, bəziləri isə hətta doğma qardaş və bacılarını da itiriblər. Amma Azərbaycan öz uşaqlarını atmır.

İnternetdə İraqdakı uşaq evlərindən birinə gətirilmiş dördyaşlı azərbaycanlı Abdulla ilə bağlı videomaterial peyda olandan dərhal sonra Azərbaycan səfirliyinin konsulu Zəbi Axundov həmin uşağın vətənə göndərilməsini təşkil etmək üçün bütün gücünü sərf etdi.

Və budur, virtualaz.org-a məlum olub ki, həmin uşağın bortunda olduğu təyyarə təxminən iki saat əvvəl Bakıya enib. Uşağın uçuş xərcini ölkənin Xarici İşlər Nazirliyi ödəyib. Onu vətəndə Azərbaycan hakimiyyətinin axtardığı doğmaları gözləyirlər...

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Umrao · 12 Oktyabr 23:54231

    Gozlerim doldu.Inshallah duz xeberdi.Ushaga yaxshi baxacaq,yashadigi qorxulari unutduracaq ailesi ola kash ki.Butun orada qalmish kimsesiz ushaqlar ucun de Allah yardim etsin,dogmalarina qovushsunlar.Tesevvur eledikce adamin ici parcalanir.Yaziq ushaqlar ne eziyyetler cekibler,hele olenler((nebilim bu valideynlere deyecek soz tapmiram(

    Cavab yaz
  • Anonim
    gül... · 13 Oktyabr 09:1111

    menim də gözlərim doldu. Amin.

    Cavab yaz
  • Anonim
    Elmin · 13 Oktyabr 11:1420

    Dini fanatizmin, radikalizmin bariz numunesi. Ushagi da bedbaxt eledi valideynleri. Desen Qarabaga gedek vurushaq qaytaraq torpaqlari coxsu getmeyecek amma iraqa tez gederler cunki beyinleri yuyulub her terefli. Allah komek olsun bu balacaya cetin olacaq amma ona valideynsiz boyuyub basha catmaq. Hemishe de yadinda qalacaq o dehshetler :(

    Cavab yaz
  • Anonim
    TN · 13 Oktyabr 15:3120

    Rəbbim bu uşağı qoruduğu kimi, körpə ƏliƏsgər hörmətinə hidayət etsin inşallah, valideynlərinin yolu ilə getməsin.Amin!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.