Cəmiyyət

Bakının daha 2 parkında pulsuz Wi-Fi olacaq

12 Oktyabr 2017 23:26
1 Şərh     Baxış: 1 297
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Pulsuz Wi-Fi" şəbəkəsi tezliklə Bakının İzmir və Nərimanov parklarında istifadəyə veriləcək.

Milli.Az "Baktelecom"a istinadən xəbər verir ki, "Pulsuz Wi-Fi"ın əhatə dairəsi genişlənir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə "Bakı Telefon Rabitəsi" MMC (Baktelecom) tərəfindən cari ilin mart ayından etibarən həyata keçirilən "İctimai İnternet" layihəsi üzrə "Pulsuz Wi-Fi" xidmətindən paytaxt sakinləri və şəhərimizin qonaqları yaxın günlərdə İzmir və Nərimanov parklarında da faydalana biləcəklər.
 
Qeyd edək ki, bugünədək "İctimai İnternet" şəbəkəsi Dövlət Bayrağı Meydanı da daxil olmaqla, Dənizkənarı Milli Parkı, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Mərkəzinin parkı, Sahil, Sabir, Xaqani, Axundov, Hüseyn Cavid, Səməd Vurğun, Muğan bağları, Qış, Zabitlər, Dədə Qorqud, eləcə də "Port Baku Residence" və "Port Baku Mall" (Fashion Avenue) parklarında da aktiv edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.