Cəmiyyət

Mingəçevirdə sərnişin avtobusu traktorla toqquşub

12 Oktyabr 2017 22:49
0 Şərh     Baxış: 799
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mingəçevirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki,hadisə Energetik yaşayış massivində, Naxçıvan küçəsində baş verib.
7 saylı şəhərlərarası marşrut üzrə işləyən "Qazel" markalı mikroavtobus traktorla toqquşub. Nəticədə iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar - 1981-ci il təvəllüdlü şəhər sakini Paşayev Əhməd Paşa oğlu və 1988-ci il təvəllüdlü şəhər sakini Feyziyev Elman İmran oğlu dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.