Cəmiyyət

Cəlilabadda minik avtomobili yük maşını ilə toqquşub, 1 nəfər yaralanıb

12 Oktyabr 2017 22:47
0 Şərh     Baxış: 750
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəlilabadda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Maşlıq kəndindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı "Kamaz" markalı yük və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub.
Hadisə nəticəsində "VAZ-2107" markalı avtomobilin sürücüsü müxtəlif bədən xəsarətləri alıb. Yaralı sürücü dərhal xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.