Cəmiyyət

Naftalan və Goranboyda kurqanlar aşkar edilib

12 Oktyabr 2017 22:42
1 Şərh     Baxış: 988
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Naftalan-Goranboy arxeoloji ekspedisiyası Naftalan və Goranboy ərazisində arxeoloji tədqiqatları başa çatdırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki,  tədqiqatlar nəticəsində Naftalan şəhəri ərazisində dörd kurqan, Goranboy rayonu ərazisində isə 30-dan artıq kurqan və orta əsrlərə aid iki yaşayış yeri qeydə alınıb. Ekspedisiya, həmçinin Goranboy rayonunun Tatarlı kəndi ərazisindəki Muncuqlu təpədə ilk dəmir dövrünə aid nekropolda arxeoloji tədqiqatları davam etdirib. Nekropol 2007-ci ildə Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, dosent Müzəffər Hüseynov tərəfindən qeydə alınıb və sonrakı illərdə səkkiz qəbir tədqiq edilib. Nekropolda bu il dörd qəbirdə arxeoloji tədqiqatlar aparılıb.

Ekspedisiya, həmçinin Goranboy rayonunun Qaraçinar kəndi ərazisindəki Qaraçinar çoxtəbəqəli yaşayış yerində də yoxlama xarakterli tədqiqatlar aparıb. Abidədən tunc dövrünün bütün mərhələlərinə aid maddi-mədəniyyət nümunələri toplanaraq tədqiqata cəlb edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.