Cəmiyyət

Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR - VİDEO

12 Oktyabr 2017 21:23
1 Şərh     Baxış: 2 602

Ali məktəblərin magistratura və doktorantura pilləsində oxuyanlara da tələbə krediti veriləcək. Bu, tələbə kredit fonduna daha çox maliyyə cəlb etməklə mümkün olacaq. Bu məqsədlə "təhsil haqqında" qanuna dəyişikliklər ediləcək.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, magistratura və doktorantura pilləsində oxuyanlara da tələbə krediti veriləcək. Bununla bağlı olaraq "Təhsil haqqında" qanuna dəyişikliklər ediləcək.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəylinin sözlərinə görə,bu prosesin tənzimlənməsi üçün Təhsil , Gənclər və İdman Nazirliklərindən, Milli Məclisin Gənclər və idman komitəsindən müraciətlər daxil olub. Hazırda bu istiqamətdə işlər aparılır. Hətta ola bilər ki, bununla bağlı yeni qanun layihəsi də hazırlansın.
Yeni maliyyə mənbələrinin tapılması ilə təhsil haqlarını ödəyə bilməyən tələbələrin problemləri həll ediləcək.Yeni qanun layihəsi Tələbə kredit fonduna daha çox maliyyə cəlb etməyə imkan verəcək.
"Təhsil haqqında" qanuna ediləcək dəyişikliklərin bu ilin sonuna kimi plenar iclasa çıxarmaq nəzərdə tutulub.Yeni qanun layihəsi isə gələn il paramentdə müzakirəyə çıxarılacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Təhsil haqqını ödəyə bilməyən tələbələrə...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    miri · 13 Oktyabr 09:4000

    Axı tələbə pul qazanırki pul da ödəsin. Təhsil pulsuz olmalıdır ki inkişaf olsun.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.