Cəmiyyət

Adamı utandıran kənd adları: Axtaxana, Ətçələr, Yanıqlı - VİDEO

12 Oktyabr 2017 21:22
32 Şərh     Baxış: 12 090
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda hələ də adını çəkəndə adamı utandıran kənd adları var. Düzdü bu adların tarixi araşdırıldıqda haradan gəldiyi məlum olur. Ancaq bu gündə başqa mənalara da yozulur. Bəs bu adlar niyə dəyişdirilmir yaxud dəyişdirilməsi ü.ün nə edilməlidir.

Axtaxana ,Ətçələr,Yanıqlı və başqa adlar.
Azərbaycanda hələ də adını çəkəndə adamı utandıran kənd adları var..
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bura tovuzun yanıqlı kəndidir. Sakinlər kənd adını Nadir şahla bağlıyır.rəvayətə görə Sərkərdə burada döyüşmüş və tairixi adı Xəbərzəmin olan şəhəri yandırıb. Bu hadisədən sonra isə ərazi Yanıqlı adlandırılmağa başlayıb.
Rayonun Düz Qıraqlı kəndinin də qədim sülalə ilə bağlı oldugu deyilir.kənd ötən əsrin əvvəllərinə qədər Kür çayı sahilində məskunlaşıb və buna görə yerli camaat kəndi Düz Qıraqlı kimi adlandırıb.
Cəlilabad və Biləsuvar rayonunda sakinləri utandıran kənd adlarına rast gəlinir. İlk baxışdan bu adlar maraqlı mənalar versə də onların etmologiyasın araşdırdıqda tam fəqli mənalarının olduğu üzə çıxır. Məslən Cəlilabadda Axtaxana, Ətcələr kimi kənd adları bu qəbildəndir.Ataxana heyvanların axtalandığı yer kimi tərümə olunsa da mütəxəssilər bunun tam başqa mənasının olduğun deyir.
Dilçilər Biləsuvar rayonunun Amənkənd kəndi eləcə də digər bu kimi adarın qədim tük xalqları ilə əlaqəli olduğu deyirlər.
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Fəzail İbrahimli bildirdi ki, bu cür kənd adlarının dəyişdirilməsi üçün kənd sakinləri ümumi iclas keçirməli və iclasın protokolunda öz istəklərini qeyd etməlidirlər. Sonra isə bu protokoldan çıxarış rayon icra hakimiyyətinə göndərilməlidir. İcra hakimiyyəti bunu məqsədəuyğun bilərsə, Prezident Administrasiyasına müraciət etməlidir. Administrasiyada buna razılıq verildikdən sonra Milli Məclisə göndərilir. Milli Məclisdə qəbul edildikdən sonra isə Prezident tərəfindən imzalanır və qanun kimi qüvvəyə minir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Adamı utandıran kənd adları

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.