Cəmiyyət

Biz öldükdə qohumlarımızı görəcəyikmi?

15 Oktyabr 2017 22:40
1 Şərh     Baxış: 2 893
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu məsələ ruhlarla bağlıdır və Allah bu haqda bizə az məlumat verib. Uca Allah buyurur: "Səndən ruh haqqında soruşurlar. De: "Ruh Rəbbimin əmrindəndir. Sizə yalnız az bir bilik verilmişdir". (əl-İsra, 85). Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bizə az da olsa bu haqda məlumat vermişdir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) belə buyurmuşdur: "Mömin öldüyü zaman rəhmət mələkləri ağ ipək (paltarda) gəlib ona deyərlər: "Allahın rəhmətinə çıx!" Onun ruhu bədənindən ən gözəl müşk iyi ilə çıxar.

Milli.Az zikr.az-a istinadən bildirir ki, onu bir-birinə ötürər, hamısı onu iyləyər və səma qapısına gətirərlər. (Mələklər) deyərlər: "Yerdən gələn bu gözəl iy nədir?" Səmaya qədər gələrlər və bu söz təkrarlanar. (Mömin) digər möminlərin ruhlarının yanına gələr. Onlar buna görə insanlar çoxdan görmədikləri yaxının görəndə necə sevinir elə sevinərlər. (Həmin möminə digər möminlər) deyərlər: "Filankəs neyniyir (Yəni, filankəs necədir)?" Mələklər deyərlər: "Ona icazə verin dincəlsin. Həqiqətən, o dünyada kədər içində idi". Ondan bir nəfər haqda soruşurlar, o isə deyir: "Axı, o adam (məndən qabaq) ölüb, sizə gəlib çatmayıb?!" Onlar deyərlər: "O, sığınacağı olan Haviyəyə aparıldı". Kafirə gəldikdə isə, onu əzab mələkləri əzab toxunduraraq çıxardar və deyərlər: "Allahın qəzəbi üçün çıx!" Onun ruhu bədənindən leş iyi qoxar kimi çıxar və onu yer qapısına apararlar". (İbn Hibban, 3014). Bu hədis də dəlalət edir ki, ölənlərlə bu dünyada olanlar arasında əlaqə kəsilib və onlar diriləri nə görürlər, nə də eşidirlər. Bu məsələyə qohumluğun aidiyyatı yoxdur. Çünki, bir qohum mömin, digəri kafir olsa, onlar bir yerdə ola bilməzlər.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.