Cəmiyyət

“Müasir tibbi inkar etmək əsla doğru deyil” - Ayətullah Cəfər Sübhani

15 Oktyabr 2017 20:10
9 Şərh     Baxış: 1 614
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ayətullah Cəfər Sübhani müasir tibb haqqında edilən bəzi yanlış şərhləri tənqid edib.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Qum Tibb Elmləri Universitetinin rektoru doktor İraniyi qəbul edən Ayətullah Cəfər Sübhani, görüşdə belə danışıb: "Bu gün qəzetlərdə oxudum. Xərçəng və dializ xəstələrinin müalicələri pulsuz edilir. Bu çox mühüm və qiymətli bir hadisədir. Buna görə də Səhiyyə Nazirliyinə bu dəyərli xidmətinə görə təşəkkür etmək lazımdır. Müasir təbabəti rədd etmək bilik və elmi rədd etməkdir ki, bu da son dərəcə yanlışdır. Müasir təbabətin kökü nə Amerikadır, nə də başqa bir ölkə.
Bu elm İslamdan əvvəl də var idi. Müsəlman təbiblər onu alıb inkişaf etdirdilər və qərb dünyası onu bir az da inkişaf etdirdi. Buna görə də müasir tibbin əvəzinə ənənəvi təbabəti alternativ kimi təqdim etmək doğru deyil. Bəzi insanların peyvəndə qarşı çıxdığını eşidəndə çox narahat oluram. Onun üçün mən fətva vermişəm və peyvənd etdirməyin şəri olaraq vacib olduğunu qeyd etmişəm. Çünki həyatımız ona bağlıdır. Mən kitabımda da yazmışam: "Dünyadakı ağıl sahiblərinin üzərində ittifaq etdiyi bir mövzunu müqəddəs İslam dini də təsdiq edir".
Buna misal kimi peyvənd etdirməyi göstərdim. Bəli, İslam tibbində Xacə Nəsrəddin Tusi və İbn Sina kimi şəxsiyyətlərin bəzi bitkilərin faydaları ilə bağlı qeyd etdiyi məqamlar çox qiymətlidir. Onları tətbiq etməkdə də bir zərəri yoxdur. Amma bunlara sarılıb müasir təbabəti tamamilə qəbul etməmək əsla doğru deyil".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.