Cəmiyyət

Oturmuş vəziyyətdə namaz qılmaq olarmı?

15 Oktyabr 2017 20:15
1 Şərh     Baxış: 3 161
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Namazı bilərəkdən qəzaya vermək günahdır və hər bir şəraitdə namaz qılınmalıdır. Namaz zamanı yalnız alın dəyən yerin - torpağın və ya möhürün - pak olması vacibdir.

Milli.Az islam.az-a istinadən bildirir ki, qalan yer pak olmasa da, namaz düzgündür. Amma bu, ədəbə uyğun deyil və insanın pal-paltarı bulaşar. Ona görə yerə bir qəzet və ya kordon sərib üzərində namaz qılmaq daha yaxşıdır. Namaz ayaq üstə qılınmalıdır, yalnız şəriət baxımından üzürlü olanlar namazı oturmuş halda qıla bilərlər. Şəriət baxımından üzür deyərkən məsələn, ayaq üstə dura bilməyəcək dərəcədə xəstə olmaq, çox alçaq tavanı olan yerdə namaz qılmağa məcbur qalmaq kimi hallar nəzərdə tutulur. Yerə qəzet sərib namaz qılmaq imkanı varsa, oturmuş halda namaz qılmaq olmaz və bu cür namaz batil sayılar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.