Cəmiyyət

Qəbizliyin, xərçəngin, qocalmanın qarşısını alan bitki – MÖCÜZƏVİ FAYDALARI

12 Oktyabr 2017 21:25
1 Şərh     Baxış: 8 517
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Adətən zeytun yağının sağlamlığa faydalı olması barədə hər zaman deyilir. Amma zeytunun özünün də çox faydalı olduğunu bilirdinizmi?

Milli.Az lent.az-a istinadən dünyanın ən sağlam ərzaqları qrupuna daxil edilən zeytunun inanılmaz faydaları barədə məlumat verir.

- Zeytun ürək və qan damarlarını aterosklerozdan qoruyur.Tərkibində olan E vitamini və polifenollar sağlamlıq üçün faydalıdır.
 
- Yarpaqları və qabıqları, yüksək təzyiqi salmağa kömək edir.
 
- Zeytun qandakı şəkərin və xolesterolun miqdarını azaltmaq qabiliyyətinə malikdir. Qidalandırıcı bitkidir.
 
- Əczaçılıqda, bəzi dərmanların hazırlanmasında da istifadə edilir.
 
- Bu bitkinin yarpaqları oleuropein, oleasterol, lein, olein turşusu və antioksidantlardan ibarətdir.
 
- Zeytun A, D, E və K vitaminləri baxımından çox zəngindir, eyni zamanda, kalsium itkisinin qarşısını alır.
 
- Qalın bağırsaq, prostat, mədə və pankreas xərçənginə tutulma riskini azaldır.
 
- Ürək-damar xəstəliklərindən qoruyucu təsiri var.
 
- Qaraciyəri qoruyur.
 
- Sümükləri gücləndirir.
 
- Qəbizliyin qarşısını alır.
 
- Həzm sisteminin işləməsinə kömək edir.
 
- Virus, bakteriya və göbələklərə qarşı qoruyucudur.
 
- Uşaqlarda sağlıqlı diş inkişafının tamamlanmasına kömək edir.
 
- Hüceyrələri təzələyir, beləliklə, qocalmanı gecikdirir və ömrü uzadır.
 
- Zeytun və zeytun yağının qocalmanı gecikdirici təsiri var. Tərkibindəki "Oleuropein" maddəsinin hüceyrə təzələyici xüsusiyyətə malikdir. Bu maddə xərçəngə qarşı müsbət nəticə verən bir maddədir.
 
- Zeytunun tərkibindəki yağ yüksək təzyiq problemi olan xəstələrə müsbət nəticələr verir və təzyiqi tənzimləyir.
 
Ancaq diqqət etmək lazımdır ki, zeytun və zeytun yağı duzlu olmasın.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.