Cəmiyyət

Həqiqi vəfa belə olur

12 Oktyabr 2017 22:20
1 Şərh     Baxış: 707

Muhəmməd ibn Bəşir Həzrəmi İmam Hüseynin (ə) muxlis tərəfdaşlarından idi ki, Aşura hadisəsində şəhid olmuşdur.

Aşura gecəsi ona xəbər verirlər ki, düşmən oğlunu sərhəddə əsir alıbdır. Muhəmməd deyir: "Bu müsibətin mükafatını Allahdan istəyirəm".
 
Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Hüseyn (ə) onun bu sözlərini eşidir və buyurur: "Allah sənə rəhmət etsin, mən öz beyətimi səndən götürürəm. Sən azadsan. Ona görə də oğlunu azad etmək üçün bizdən ayrıla bilərsən".
 
Muhəmməd cavab verir: "Səhra vəhşiləri məni diri-diri yesinlər, əgər səndən ayrılsam".
 
İmam Hüseyn (ə) ona min dinarlıq qiyməti olan bir neçə libas verir və buyurur: "Bu libasları o biri oğluna ver ki, onunla qardaşını əsirlikdən xilas etsin". (Həvzəh)
 
İmam Sadiq (ə) buyurur: "Elə bir şəhid yoxdur, məgər o halda ki, İmam Hüseynlə (ə) olmağı sevər ki, onunla birlikdə behiştə daxil ola bilsin".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Kserks · 13 Oktyabr 21:5007

    Yarimciq cumle neye deyilir? Bilen varsa yazsin.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.