Cəmiyyət

İmam Məhdi (ə) - cəddi İmam Hüseynin (ə) intiqam alanıdır

12 Oktyabr 2017 21:20
10 Şərh     Baxış: 636

İmam Hüseynin (ə) Aşura günü söylədiyi zikrlərin xüsusi rəngi və havası var idi. Maraqlısı buradadır ki, həmin zikrləri İmam Zaman ağa (ə.f) da çətin anlarında zikr edir.

İmam Hüseyn (ə) həyatının son anlarında o zaman ki, hər şey ona çətin gəlirdi, buyurur: "لَا حَوْلَ وَ لَا قُوَّه إِلَّا بِاللَّهِ الْعَلِیِّ الْعَظِیمِ ("Lə həvlə və lə quvvətə illə billəhil-aliyyil-azim").
İmam Zaman (ə) da qeybəti-kubranın başında Əli ibn Muhəmməd Səməriyə buyurur: لَا حَوْلَ وَ لَا قُوَّه إِلَّا بِاللَّهِ الْعَلِیِّ الْعَظِیمِ ("Lə həvlə və lə quvvətə illə billəhil-aliyyil-azim")
Milli.Az deyerler.org-a istinadən bildirir ki, mələklər İmam Hüseynə (ə) yardım etmək üçün nazil olmuşdular, ancaq Həzrətə yardım edə bilmədilər. Həmin mələklər İmam Zamana (ə.f) yardım etmək üçün intizar çəkirlər.
Rəyan ibn Şəbib İmam Rzadan (ə) nəql edir ki, buyurub: "Dörd min mələk İmam Hüseynə (ə) yardım etmək üçün yerə endilər. Onlar nazil olan zaman gördülər ki, Hüseyni (ə) öldürüblər. Onlar səliqəsiz və toz-torpaq içində qəbrin kənarında iqamət qurdular və oradadırlar, ta o zamana qədər ki, Qaim (ə.f) qiyam edəcəkdir. Onlar da Həzrətin (ə.f) ordusundan və dostlarından olacaqlar. Onların şüarı belədir: یا لثارات الحسین"
İmam Hüseyn (ə) Aşura ziyarətində "الوتر الموتور" ("əl vitrəl-məvtur") adlandırılmışdır. İmam Zamanın (ə.f) da adlarından biri belədirالموتور ("əl-məvtur").
İmam Hüseyn (ə) Kərbəlada buyururdu: "هل من ناصر ینصرنی  və İmam Məhdi (ə.f)   أنا الصَّمْصَامُ الْمُنْتَقَمِ deyərək qiyam edəcəkdir.
Allah Təala Quranda buyurur: "Biz məzlumcasına (haqsız yerə) öldürülmüş şəxsin qəyyumuna hökmranlıq (qisas almaq, qanbahası almaq və yaxud bağışlamaq ixtiyarı) vermişik". ("İsra" 33). İmam Sadiq (ə) buyurur: "Bu ayədə məzlum dedikdə, məqsəd - İmam Hüseyndir (ə). Öldürülmüş şəxsin qəyyumu deyildikdə, məqsəd - İmam Məhdidir (ə.f)".
İmam Hüseyn (ə) nicat gəmisidir. İmam Məhdi (ə.f) də öz mübarək əli ilə insanları hidayət edəcəkdir.
Aşura günü İmam Hüseynin (ə) dostları bir-bir onun yanına gəlib dedilər: "Salam olsun sənə, ey Allahın Peyğəmbərindən (s) dünyay gəlmiş!". İmam (ə) da onların salamının cavabını verirdi. Sonra bu ayəni tilavət edirdi. "Möminlər içərisində elələri də vardır ki, Allahla (döyüşdə ölənə qədər sabitqədəm olmaq barədə) bağlamış olduqları əhdi doğrultdular. Onlardan bəzisi öz nəzirlərinə əməl etdilər (şəhid oldular), bəzisi isə (şəhid olmağı) gözləməkdədirlər. Onlar (öz əhdlərində) heç bir dəyişiklik etmədilər". ("Əhzab" 23). İmam Hüseyn (ə) Kərbəlada şəhid oldu və bu gün övladı İmam Məhdi (ə.f) cəddinin intiqamını almaq üçün intizar çəkir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

10 Şərh:

  • Anonim
    a · 12 Oktyabr 22:210164

    Rafiziler Allahin bu dini tamsmlamadiqini dolayisi ile iddia edir.Peyqemberin sallahu aleyhi vesellemin bu dini tam catdirmadiqini iddia edir.Indide meleklerin Allahin emri ile Heseyne komek gonderdiyini lakin onlarin gecikdiyini iddia etdiler.Aqil sahibi olan bu boyda yslana inanarni?Allah Quranda buyurur ki mrlekler Onun emrini derhal yetine yetirerler.Sapiq rafiziler bunu eksini deyir...Ayib olsun.

    Cavab yaz
  • Anonim
    A ya · 12 Oktyabr 22:35840

    Allah sənə ağıl versin.get oxu ay məxluq

    Cavab yaz
  • Anonim
    Əhli beyt aşiqi · 12 Oktyabr 22:37720

    ALLAH yezidə və onun bugun ki davamcilarina soylarina lənət etdin bu dunyada və o dunyada.

    Cavab yaz
  • Anonim
    Əhli beyt aşiqi · 12 Oktyabr 22:38710

    Agamin zuhurunu acil etsin.ALLAHUM MƏSƏLLİ ƏLA MUHAMƏDİN VƏ ALİ MUHAMMƏD VƏ ƏCCİL FƏRƏCƏHUM.AMİN

    Cavab yaz
    • Anonim
      .. · 12 Oktyabr 22:48730

      Imam Mehdi e.f.hemcinin anamiz Fatimenin s.e. de intiqamini alacaq!Allah kafirlere lenet etsin.

      Cavab yaz
  • Anonim
    Gunel · 12 Oktyabr 22:56700

    Allah yezid soyuna lenet etsin.

    Cavab yaz
  • Anonim
    Faiq · 13 Oktyabr 09:46070

    :)

    Cavab yaz
    • Anonim
      Faiqe · 13 Oktyabr 21:22160

      Az gulub ,cox aglamaq lazimdir,sizinkimilere.K cemu smeyotes,nad soboy smeyotes.

      Cavab yaz
  • Anonim
    fs · 13 Oktyabr 09:49650

    Gozumuz yollarda qalib Imam Zaman agamiz,Gel ve Intiqamimizi alaq inseAllah

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.