Cəmiyyət

İmam Hüseyn qiyamı haqqında müsəlman olmayanların nəzəri

12 Oktyabr 2017 23:45
15 Şərh     Baxış: 1 927

Aşura hadisəsi o qədər əhəmiyyətli və ağrılı hadisələrdəndir ki, bütün dünya mütəfəkkirlərini öz təsiri altına salmışdır. Onlar müsəlman olmasa da, bu qiyamın əzəmətini etiraf etmişdilər.

Mahatma Qandi deyir: "Mən inqilabımda İmam Hüseynin (ə) hərəkatına borcluyam. Mən Hindistan xalqı üçün təzə bir şeyi ərməğan gətirməmişəm".
 
Milli.Az deyerler.org-a istinadən bildirir ki, ingilis yazıçısı Charles Dickens deyir: "Əgər İmam Hüseynin (ə) döyüşü dünya istəkləri üçün olmuşdursa, mən bunu qəbul etmirəm. Çünki bacıları, xanımları və övladları onunla birlikdə idilər. Ona görə də ağıl hökm edir ki, o, ancaq İslam üçün fədakarlıq etmişdir".
 
Livan yazıçısı Georgi Zidan yazır: "Peyğəmbərin (s) vəfatından sonra dünya və vəzifə sevgisi əxlaqi fəzilətləri üstələdi. Ali-Əli (ə) təfəkkürü bu insanların yanında təsirsiz qaldı. Kufə xalqı mal və vəzifəyə görə İmamla (ə) bağladıqları əhdə vəfasız çıxdılar. Bununla da kifayətlənməyib, onu öldürdülər".
 
Alman filosofu Thomas Mann yazır: "Əgər İsa (ə) ilə Hüseynin (ə) fədakarlıqlarını müqayisə etsək, şübhəsiz ki, Hüseynin (ə) fədakarlıqları daha mənalı və daha dəyərli olar. Çünki o zaman ki, İsanı (ə) fəda etmək istəyirlər, həyat yoldaşı və övladı yox idi.
 
Onları düşünmürdü ki, özündən sonra necə olacaqlar. İmam Hüseynin (ə) isə həyat yoldaşı və uşaqları var idi və onların bəzisi az yaşlı idilər və atalarına ehtiyacları var idi".
Alman tarixçisi Kurt Frischler yazır: "İmam Hüseyn (ə) fədakarlıqda, fəda sərhədlərindən daha üstününə addım atdı və övladlarını fəda etdi.
 
Hüseynin (ə) bu fədakarlığı nə tərsliyinə də görə idi, nə həvəslərinə görə. O, ağlı ilə fədakarlıq etmişdi və Yezid ibni Müaviyyənin hədəflərinə görə yaşamaq istəməmişdi. O, haqq yolunda öldürülməyi kişilikdən bilirdi və bu imanlı və igid insanın ölümü - baxmayaraq ki, özü ölümə tərəf gedirdi - intihar deyildi". (İslami saytlara istinadən)
 
İngiltərənin böyük alimi Thomas Carlyle yazır: "Kərbəla faciəsindən çıxartdığımız ən böyük dərs odur ki, Hüseynin (ə) və dostlarının Allaha möhkəm imanları var idi. Onlar öz əməlləri ilə təsdiq etdilər ki, haqla batil üz-üzə gələndə, sayın önəmi yoxdur. Hüseynin (ə) az insanlarla qələbə çalması məni çox heyrətləndirir".
 
Suriyanın xristian alimi Antoine Barra yazır: "Əgər desək ki, Hüseyn (ə) İslamın çırağıdır, az demiş olarıq. Əgər desək ki, o, İslamın zirehidir, az demiş olarıq. Deyə biləcəyimiz ən yaxşı cümlə budur ki, o, bütün tarix boyu bütün dinlərin vicdanıdır".
 
Amerika tarixçisi Washington Irving yazır: "Hüseyn (ə) öz həyatını Yezidə təslim edərək xilas edə bilərdi. Ancaq müsəlmanların rəhbəri olmaq məsuliyyəti icazə vermirdi ki, o, Yezidi xəlifə kimi qəbul etsin. O, özünü hər bir çətinlik və təzyiq altına salaraq, İslamı Bəni-Üməyyənin caynağından xilas etməyə hazır etdi. V yanar günəş altında, quru səhra torpağı üzərində Hüseynin (ə) ruhu fənalığı qəbul etmədi. Ey mənim pəhləvanım, ey şücaət nümunəsi, ey mənim igidim Hüseyn!".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

15 Şərh:

  • Anonim
    İbrahim · 13 Oktyabr 00:24810

    Hüseyn mübarizlik azın çoxluğa qələbə qazanma ümüd olan simvoldur

    Cavab yaz
  • Anonim
    Kserks · 13 Oktyabr 05:1419

    Qandi muselnan olub.

    Cavab yaz
    • Anonim
      Asim · 13 Oktyabr 11:31560

      Qandi muselman olmuyub. onun haqqinda kitab oxumusam, o demek olar ki butun dinlere hormet besleyib yeni bir cerayan yaradib ki hind xalqi ingilislere qarsi mubarize aparsin. Imam Huseyne xususi regbeti olub cunki Qandi hemise haqsizliga qarsi cixib

      Cavab yaz
      • Anonim
        fs · 13 Oktyabr 11:57410

        Beli ,dini hinduizm olub

        Cavab yaz
  • Anonim
    V.M · 13 Oktyabr 06:32520

    buları xristianda başa düşür ama tesüfki bezi “müselmanlar”helede başa düşmüyüb

    Cavab yaz
  • Anonim
    eldaniz · 13 Oktyabr 08:17450

    ehsen deyerli alimlere ve yazarlara ......

    Cavab yaz
  • Anonim
    Insan123 · 13 Oktyabr 08:30430

    Canimiz qurban huseyne ele bele deyilmir. Men namaz qilmiram allah qismet etsin qilacam insallah cunki her birimizin borcudur namaz qilmaq. Burda men ferq qoymuram bu siyedir bu sunnidir ehli sunidir allah haminin namazini qebul etsin amin. Kimse namaz qilirsa men qilmiramsa ele menden usdundur cunki onun namazi var allah qarsisinda borcunu verir mense yox. Allah her birinize namaz qismet etsin amin

    Cavab yaz
  • Anonim
    NİKLƏRƏ · 13 Oktyabr 08:54013

    Azərbaycan dilində. Yarımçıq cümlə nəyə deyilir. Çox xahiş edirəm, bilən yazsin. Kserks

    Cavab yaz
  • Anonim
    mən · 13 Oktyabr 09:16640

    Bəli "...ağıl hökm edir ki, o, ancaq İslam üçün fədakarlıq etmişdir".İngilis yazıçısı Charles Dickens bunu deyir.Özünü müsəlman adlandıran,imam Hüseyni (ə),aşuranı anlamayanlara ar olsun.Bu sizə bir dərs olsun.Xristianlar,buddistlər,ateistlər sizdən ağıllı və insaflıdırlar.Ağlınız olsaydı,hökm verərdi.

    Cavab yaz
    • Anonim
      fs · 13 Oktyabr 10:20630

      Tam dogru.Hakimiyyet ugrunda mubarize aparib deyen "muselmanlar"gozlerini acib yaxsi oxusun bu hisseni.

      Cavab yaz
      • Anonim
        fs- Yarımçıq cülmə. · 13 Oktyabr 10:3601

        Necəsən? Kserks.

        Cavab yaz
        • Anonim
          fs · 13 Oktyabr 11:0220

          Sag olun,siz necesiniz?Yarimciq cumlelerde bir ve ya bir nece cumle uzvu buraxilmis olur,o meqalede xeber buraxilib

          Cavab yaz
  • Anonim
    Kserks · 13 Oktyabr 10:1316

    Mahatma Qandinin doğulduğu kəndin, qesebənin adını yazın. Həmən kəndin əhalisi müsəlmandırlar.

    Cavab yaz
  • Anonim
    TN · 13 Oktyabr 13:48580

    Hz.Hüseyn olmasaydı indi bu din olmayacaqdı.Hüseyn öz canı ilə, öz qanı ilə, əzizlərini fəda etməklə cəddi peyğəmbərin gətirdiyi, atasının qoruyub-yaydığı Allahın haqq dinini qorudu.Bunun biz hər Aşurada yerlərin,göylərin ağlamsıynan şahidi oluruq.Hüseynə yerlər ağlar,göylər ağlar.Bətülə Mürtəza peyğəmbər ağlar.

    Cavab yaz
  • Anonim
    Kserks · 13 Oktyabr 20:2310

    Yuxaridaki Daskend movsusundaki metinin 2-ci abzasinin 1-ci cumlesinin sonunda "istirak edecekler" cem halinda yazilmalidir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.