Cəmiyyət

Günün qoroskopu: başladığınız işlərə məsuliyyətlə yanaşın

12 Oktyabr 2017 00:01
33 Şərh     Baxış: 8 992

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - aktiv, enerjili olun. Baş verən hadisələrin laqeyd müşahidəçisinə çevrilməyin. Zahiri görkəminiz, imiciniz rəsmi və işgüzar olmalıdır. Aktual məsələnin həllində, inzibati məqamların müzakirəsində mənafelərinizi başqalarının istəklərinə qurban verməyin.
Günün ikinci yarısında önəmli toplantı, cari layihənin nəzərdən keçirilməsi ola bilər. 
Axşam saatlarında ailə üzvləri və yaxınlarınızla izafi sərt olmayın. Səmimiyyət bağlı qapıları açır.

Buğa - səhər saatları genişmiqyaslı işə başlamaq, yeni layihəyə start vermək üçün münasib zamandır. Müqavilə, anlaşma və sözləşmələrdə yalnız sizə sərfəli olan məqamların ön plana çəkilməsinə çalışın.
Yeni yerdə işləyirsinizsə, faydalı əlaqələr qurmağa meylli olun. 
Günün ikinci yarısında ikinci dərəcəli işlər diqqətinizi mühüm məsələlərdən ayırmamalıdır. Aldığınız məlumatları mütləq şəkildə yoxlayın.
Dövlət qurumlarından birinə baş çəkməli olacaqsınız.
Sevdiyiniz insanın qayğısına qalın.

Əkizlər - mümkün qədər ciddi, sayıq olun. Başladığınız işlərə məsuliyyətlə yanaşın. Zahirən əhəmiyyətsiz təsir bağışlayan detallar, kiçik təfərrüatlar önəm kəsb edəcək. 
Günün ikinci yarısında xırdalıqların işinizə mənfi təsir etməsinə imkan verməyin. Danışanda üstüörtülü kəlmələrdən, ibarələrdən istifadə etməyin. Sözlərinizi yanlış qələmə verə bilərlər.
Axşam saatlarında əyləncəni təxirə salın.

Xərçəng - səhər saatlarından etibarən diplomatik olun. Mübhəm məqamları aşkarlamağa tələsməyin. Yaxın ətrafınızdakı insanlarla təmaslarda soyuqqanlı, təmkinli olun.
Günün ikinci yarısında tərəfdaş və şəriklərlə iş konstruktoivlik tələb edir. Əhvalınız proseslərə ciddi təsir etməməlidir. Qarşı tərəflə ümumi fikrə, ortaq məxrəcə gəlmək niyyətiniz varsa, danışa sayğı göstərin.
Yaxınlarınız və qohumlarınızla danışanda iradlara kəskin cavab verməyin.

Şir - sizinlə manipulyasiya etmək çox asandır. Siz xoşunuz gələn şeylərə o qədər tez inanırsınız ki, bəziləri bundan istifadə etməyə bilmirlər. Hərdən intuisiyanız sizə ehtiyatlı olmağı məsləhət görsə də, siz buna qulaq asmağı lazım bilmirsiniz. Kommersiya fəaliyyətində uğursuzluq ehtimalı çox böyükdür. Sövdələşmələrdən çəkinmək tövsiyə olunur.
Ətrafdakılarla münasibətlərdə problemlər mümkündür. Siz ifadələrinizdə çox sərt, bəzən nəzakətsiz, demək olar ki, həmişə kobudsunuz. Bir qədər yumşaq olun. Bu, incikliklərdən və digər problemlərdən yayınmaqda yardım edəcək.

Qız - mənfi tendensiyaların təsiri həyatın bütün sahələrində hiss olunacaq. Fikrinizi diqqət tələb edən işlərdə cəmləşdirmək çətindir. Bu üzdən nəsə vacib bir şeyi diqqətdən yayındıra, səhvlərə yoll verə bilərsiniz. Qızlar ən yaxın adamlarının ehtiyaclarına biganə qalmağa meyllidirlər və bu səbəbdən münaqişəli vəziyyətlər yarana bilər.
Günün daha bir problemi ondan ibarətdir ki, yaxşı məsləhətlərə qulaq asmaq istəmirsiniz. Uzaq səfərlərə getmək, xarici valyuta almaq məsləhət deyil. Günün ikinci yarısında ciddi naxoşluq gözlənilir.

Tərəzi - prioritet məqsədləri müəyyənləşdirin. Cari xidməti məsələlər və kiçik məişət problemləri başağrıları yarada bilər. Rutinlik, yeknəsəklik sizə çox pis təsir edəcək. Xırda məsələlər əhvalınızı korlamamalıdır.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərinizdə diqqətli olun. Xırdalıqlara laqeyd münasibət karyeranızla yanaşı, yaxınlarınızla münasibətlərinizə mənfi təsir edə bilər. Önəmli görüşdən əvvəl gərəkli auranı yaratmağa can atın. Axşam saatlarında ünsiyyət məhsuldar olacaq. İrad və təkliflərin sayını artırmayın.

Əqrəb - səhər saatlarından etibarən yaradıcılıq və planlarla bağlı yeni perspektivlər yaranacaq. İşlər rəvandır, təlaşlanmayın. Ətrafınızdakı situasiya saatlar keçdikcə dəyişəcək.
Günün ikinci yarısında intuisiyanıza güvənin. Təhtəlşurunuz, daxili səs sizi aldatmayacaq. 
Sənədlərlə işdə, habelə tərəfdaşlarla təmaslarda müəyyən çətinliklər olacaq.
Axşam saatlarında yaxınlarınız və əzizlərinizlə birlikdə istirahət edin.

Oxatan - günün ilk yarısında həssas, sayıq olun. Rəqiblərinizin sizə qarşı hazırladıqları məkrli planların reallaşmasına əsla imkan verməyin. Sənədlərlə iş zamanı kobud səhvlərin qarşısını almaq üçün fikrinizi dağıtmayın.
Tərəfdaşlar və yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə nəzakətli insan təsiri bağışlayın.
Günün ikinci yarısında işdə rəhbərliklə mübahisə etməyin. Bəzi qərarlar üçün önəmli zamandır. Ailə bödcəsinə ağır zərbə vurmayın.
Axşam saatlarında aktiv istirahəti seçməyin.

Oğlaq - səhər saatlarından etibarən gərginlik artacaq. Sözlərinizə və əməllərinizə fikir verin. Tələskənlik, sadəcə, ziyanınızadır. Qərarlarınız bundan sonrakı fəalliyyətinizə ciddi təsiri edəcək.
Günün ikinci yarısında müzakirələr və görüşlər işlərin mövcud vəziyyətini dəyişə bilər. Tərəfdaşlar, şəriklər, habelə yaxın ətrafınızdakı insanlarla təmaslarda maraqlarınızı ani hisslərə qurban verməyin.
İradlar və tənqidlərə sərt reaksiya verməyin.

Dolça - yaxınlarınızla təmaslarda güzəştə meylli olun. Aldığınız məlumatları tələsmədən, ehtiyatla dəyərləndirin. Rəqəmləri, faktları, kimlərinsə arqumentlərini diqqətlə təhlil edin.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlardan birinin sözlərinə və ya mövqelərinə istinad edərək davranmayın. Problemləri aradan qaldırmaq üçün ətrafınıza diqqətlə baxın. Axşam saatlarını sakit şəraitdə, kənar qıcıqlandırıcı amillər olmadan keçirin.

Balıqlar - yaranmış situasiyanı obyektiv dəyərləndirin. Durumla bağlı yanlış qərarlar verməmək üçün yetərincə informasiyaya malik olmalısınız. 
Peşəkar fəaliyyət sahəsində səslənən tələbləri qulaqardına vurmayın. İşgüzar reqlamenti pozmayın.
Günün ikinci yarısında hüquqlarınızı və səlahiyyətlərinizi dəqiqləşdirin. Belədə naqolay vəziyyətə düşməzsiniz. İşlərinizi başqalarına həvalə etməyin. Əks təqdirdə sonuc sizi təəssüfləndirəcək.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

33 Şərh:

  • Anonim
    Esra ibrahimli (Samaxi) · 12 Oktyabr 00:0142

    Sabahiniz uqurla acilsin.

    Cavab yaz
    • Anonim
      Esra ibrahimli (Samaxi) · 12 Oktyabr 09:1942

      Bu gun bir neferin ad gunudu onu tebrik edirem, uzun omur can saqliqi, ve xosbextlik arzu ediremmm.Tebrikler.

      Cavab yaz
      • Anonim
        Əli proqnoz.№ · 12 Oktyabr 11:2200

        Kimdiki bacı can?

        Cavab yaz
        • Anonim
          Esra ibrahimli (Samaxi) · 12 Oktyabr 11:2640

          H.H.niki qardasim onun ad gunudu.

          Cavab yaz
          • Anonim
            H.H · 12 Oktyabr 14:5410

            Cox sagol Esra xanim tebrikin ucun.Mende sene can sagligi xosbextlik arzu edirem.

            Cavab yaz
            • Anonim
              Esra Ibrahimli(Samaxi) · 12 Oktyabr 15:1610

              Xosdu , cox saq ol.

            • Anonim
              H.H · 12 Oktyabr 15:3000

              Sen sagol Esra xanim.meni ard arda olan tebriklerinle cox utandirirsan))dogum gunu menim ucun adi bir gundu.Ilden ile yasimizin ustune yas gelir omrumuzden gedir amma biz bunu tentene ile qeyd edirik.BIr az qeribe gelir bu mene.

            • Anonim
              Esra Ibrahimli(Samaxi) · 12 Oktyabr 15:4130

              Qeribe gelmesin sen ele ozunde qeribesen, o biri sehivede cavab yarimciq qalibbb???)))))

            • Anonim
              H.H · 12 Oktyabr 16:4800

              :)))))))))))))))

    • Anonim
      Əli proqnoz.№ · 12 Oktyabr 11:2211

      Tebrikler bacı can.

      Cavab yaz
      • Anonim
        Esra ibrahimli (Samaxi) · 12 Oktyabr 11:2610

        Cos saq ol canim qardasim .

        Cavab yaz
  • Anonim
    Hhhhhh · 12 Oktyabr 00:4921

    QIZLAR BAYRAMINIZ MUBAREK BU GUN BEYNELXLAQ QIZLAR BAYRAMIDI

    Cavab yaz
  • Anonim
    002 · 12 Oktyabr 02:3201

    Meni aldatmayhn, umudlerimi shndhrmayhn, onssuzda yeterince, pulsuzluq meni shndhrhb.

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 12 Oktyabr 08:4611

    Gününüz uğurlu Olsun DOSTLAR

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 12 Oktyabr 08:4902

    BÜRCLƏR HAQQINDA--♛♛--309--♛♛ cu BÖLÜM---Bəs sən nə bürcüsən?

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 12 Oktyabr 08:5002

    ♈QOÇ BÜRCÜ-Güclüdür

    Cavab yaz
    • Anonim
      Esra ibrahimli (Samaxi) · 12 Oktyabr 09:0231

      Dubbeduz.

      Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 12 Oktyabr 08:5012

    ♉BUĞA BÜRCÜ--Özünə güvənir

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 12 Oktyabr 08:5102

    ♊ƏKİZLƏR BÜRCÜ--Yalana qarşıdır

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 12 Oktyabr 08:5103

    ♋XƏRÇƏNG BÜRCÜ-- İnsanlarin psixoloqiyasın yaxşi bilir

    Cavab yaz
    • Anonim
      Esra ibrahimli (Samaxi) · 12 Oktyabr 09:0233

      Dubbeduz (Xercengin sevimli qizi Esra)

      Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 12 Oktyabr 08:5102

    ♌ŞİR BÜRCÜ- Qisqancliqdan axir öləcək

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 12 Oktyabr 08:5102

    ♎TƏRƏZİ BÜRCÜ--Ürəyi təmizdir

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 12 Oktyabr 08:5202

    ♏ƏQRƏB BÜRCÜ-- Əlində olsa məktəbi yandirar

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 12 Oktyabr 08:5212

    ♎ TƏRƏZİ BÜRCÜ--özü ağıllıdir və ağıllı insanlari sevir

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 12 Oktyabr 08:5312

    ♐OXATAN BÜRCÜ--Özünü sevər və diqqət edər

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 12 Oktyabr 08:5312

    ♑OĞLAQ BÜRCÜ--İnsanlarla razılaşmaqi bacarır

    Cavab yaz
    • Anonim
      Esra ibrahimli (Samaxi) · 12 Oktyabr 09:0341

      Sepppeeesehvvv(Oqlakin biricik qizi Esra)

      Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 12 Oktyabr 08:5512

    ♒DOLÇA BÜRCÜ--İntiqam almaqi sevir

    Cavab yaz
    • Anonim
      dolca · 12 Oktyabr 12:1900

      hec de yox,intiqan almaq acizlerin isidir.

      Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 12 Oktyabr 08:5502

    ♓BALIQ BÜRCÜ --Çox maraqlı biridir

    Cavab yaz
  • Anonim
    Əli proqnoz.№ · 12 Oktyabr 08:5612

    ♍QIZ BÜRCÜ--Ürəyi təmizdir

    Cavab yaz
  • Anonim
    Ay(vetenperver qiz) · 12 Oktyabr 09:2223

    ♑OĞLAQ BÜRCÜ-Dogru dediniz

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.