Cəmiyyət

Bakıda bankın vətəndaşa görünməmiş tələsi - VİDEO

26 Sentyabr 2017 21:21
7 Şərh     Baxış: 4 834
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kredit ödənişi ilə bağlı mübahisələrdə həmişə bank vətəndaşın borcu olduğunu iddia edirdi. Ancaq indi bunun tam əksi yaşanıb. Binəqədi sakini olan bir xanım bankın ondan 320 dollar əlavə ödəniş aldığını iddia edir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hər zaman vətəndaşın banka borcu qalırdı və problemlər bundan qaynaqlanırdı. Ancaq bu dəfə vətəndaş bankın ona borcu olduğunu iddia edir. Maraqlı hadisə paytaxtın Binəqədi rayonunda yaşayan Rəna Vahidovanın başına gəlib. Onun sözlərinə görə bank ondan 260 dollar əvəzinə 588 dollar ödəniş alıb.
Rəna Vahidova bildirir ki, o ödənişləri vaxtından əvvəl ödəsə də ödədiyi pullar ödənməmiş kimi göstərilib və bank məhkəməyə müraciət edib. Nəticədə ona əlavə ödəniş kəsilib.
Hüquqşünas Asif Abdullayev bildirir ki, məhkəmə əgər qadının artıq pulunun alınması ilə bağlı ekspertiza təyin edibsə bu proses bir az uzun çəkir. Və əgər sonda müəyyən olunsa ki, qadının pulu təyin olunandan artıq alınıb həmin vəsait məhkəmənin qərarı ilə həmin qadına geri qaytarılacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Bankın vətəndaşa görünməmiş tələsi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.