Cəmiyyət

Bakıda maşın belə yandı - VİDEO

26 Sentyabr 2017 21:04
0 Şərh     Baxış: 760
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün paytaxtın Yasamal rayonunda avtomobil yanıb.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, ''Daewoo'' markalı minik maşını dairəvi yolda hərəkətdə olarkən qəfildən avtomobilin mühərrik hissəsində tüstüləmə olub. Sürücü dərhal avtomobildən enib. Elə bu zaman maşında yanğın baş verib. Havanın küləkli olduğundan alov tez bir zamanda maşını bürüyüb. Şahidlər dərhal yanğınsöndürənlərə məlumat veriblər.
Hadisə yerinə gələn bir yanğınsöndürən avtomobil və canlı qüvvə alovun qarşısını alıb. Dövlət yanğından mühafizə bölməsindən verilən məlumata görə, minik avtomobilinin mühərrikinin və salonunun yanar hissələri yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda maşın belə yandı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.