Cəmiyyət

Azərbaycanlı vunderkind Ruslan Səfərovun atası danışdı - VİDEO

26 Sentyabr 2017 00:18
11 Şərh     Baxış: 11 550
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

6 yaşlı azərbaycanlı uşaq Rusiyanı heyran qoydu.

Milli.Az bildirir ki, "Rusiya 1" kanalında yayımlanan Qəribə adamlar adlı şousunda iştirak edən 6 yaşlı Ruslan Səfərov öz qeyri-adi və sürətli hesablama metodu ilə proqramın fenomeninə çevrilib.

Özünü "kalkulyator insan" adlandıran Ruslan Səfərov ona verilən bütün sualların cavabını düzgün deyib. Qusar sakini Ruslan Səfərov hesablama qabiliyyətinə görə yaşıdlarından fərqlənir. O, 6 yaşı olmasına baxmayaraq kökaltı və faiz məsələlərini asanlıqla həll edir.

Yaxınlarının sözlərinə görə Ruslandakı bu qabiliyyəti hələ 1 yaşında olarkən aşkar ediblər. Atası uşağın çarpayısına hərfləri və rəqəmləri asaraq ona ilk dərsini keçib.
2 yaşında ikən yazıb-oxumağı bacaran Ruslan daha sonra daha çətin misalların həllinə başlayıb.

Hazırda Ruslan yuxarı siniflərə məxsus daha çətin riyazi misalların həllini öyrənir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanlı vunderkind Ruslan Səfərov

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.