Cəmiyyət

Sağlam uşağa "qolu sınıb" deyərək gips qoydular - VİDEO

26 Sentyabr 2017 00:09
1 Şərh     Baxış: 3 431
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sağlam uşağa "qolu sınıb" deyərək gips qoydular. Milli.Az bildirir ki, hadisə Ağsuda baş verib. Sentyabrın 21-də rayonun Elabad kənd sakini, 1 yaş 5 aylıq Sevinc Sarılının qolunda ağrı yaranıb. Valideynləri də uşağı müayinə etdirmək üçün Ağsu rayon Mərkəzi Xəstəxanasına aparıblar. Orada xəstəxananın həkimi Fazil Əzizovla rastlaşıblar. Həkim uşağın azyaşlının qolunun sındığını bildidirb.

Lakin evə gələndən sonra azyaşlının ağrıları daha da artıb.

Müəyyən şübhələrlə üzləşən valideynlər Sevinci Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına apararaq yenidən müayinə etdiriblər. Orada uşağın qolunun sınmadığı deyilib. Üstəlik də gipsin düz qoyulmadığı bildirilib.

Gipsi açdıqda isə görüblər ki, uşağın qoluna xeyli zərər dəyib.

Məsələ ilə bağlı mövqe öyrənmək üçün Ağsu Rayon Mərkəzi Xəstəxanasına baş çəkdik. Xəstəxanadan bildirildi ki, uşağın qolunu gipsə salan Fazil Əzizov Bakıda imtahandadır. Onun özü ilə əlaqə saxladıq. Əvvəlcə müsahibə verməyə razılaşsa da, bir neçə dəqiqə sonra telefonunu söndürdü. Xəstəxana rəhbərliyinin məsələyə münasibəti isə çəkiliş qrupunu məhkəməyə verməklə hədələmək olub. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Sağlam uşağa

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.