Cəmiyyət

Magistral yolda təhlükəli anlar - VİDEO

25 Sentyabr 2017 23:57
0 Şərh     Baxış: 1 491
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Magistral yolda yük avtomobilinin daşıdığı qum yola dağılır. Buna əhəmiyyət verməyən sürücü isə heç nə olmamış kimi yoluna davam edir. Milli.Az bildirir ki, bu görüntü ölkədaxili magistrallardan birində qeydə alınıb. 99 DR 071 dövlət nömrə nişanlı yük avtomobilinin sürücüsünün etdiyi səhlənkarlıq görənlərin təəccübünə səbəb olub.

Baş dövlət yol polis idarəsinin şöbə rəisi Kamran Əliyevin verdiyi açıqlamaya görə, bu görüntülərdə sürücü yol hərəkəti haqqında qanun 57-ci maddəsinin tələbini, yəni yükdaşıma qaydalarını pozub. Görüntülər əsasında İnzibati xətalar məcəlləsinin 327.1 maddəsinə əsasən, sürücüyə 40 manat miqdarında cərimə tətbiq ediləcək.

Kamran Əliyev bildirib ki, yük avtomobillərinin sürücüləri bu cür tezdağılan yükləri daşıyan zaman onların yerə dağılmamasına xüsusi nəzarət etməli və üzərinə örtüklə bağlamalıdırlar. Çünki bu cür məsuliyyətsizlik ətraf mühiti çirkləndirməklə yanaşı, həm də ağır yol nəqliyyat hadisələrinə gətirib çıxara bilər. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Magistral yolda təhlükəli anlar

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.