Cəmiyyət

Qəzalı bina hər an uça bilər - Sakinlər çıxılmaz vəziyyətdə qalıb - VİDEO

25 Sentyabr 2017 23:45
0 Şərh     Baxış: 1 210
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu binanın pilləkənin biri tamamilə dağılıb,ikincisi ilə isə yuxarı mərtəblələrə qalxmaq mümkünsüz hala gəlib. Milli.Az bildirir ki, qəzalı vəziyyətdə olan binanın özü isə hər an uçmaq təhlükəsi ilə üz üzədir.

Söhbət Suraxanı rayonu Hövsan qəsəbəsi Rüfət Abdullayev küçəsində yerləşən 14 nömrəli binadan gedir.

Binandakı sakinlərin köçürülməsi üçün aidiyyatı qurumlara müraciət olunub.Binadakı sakinlər və otaqlar da qeydiyyata alınsa da, bəziləri ilə hələ də razılığa gəlinməyib. Binada məskunlaşan 80-ə yaxın ailənin 20 dən çoxu kompensasiya verilərkən iki ailə kimi hesablanmasını istəyirlər.Onlar deyir ki,bir evdə qalsalar da əksrəiyyətinin ailə tərkibi çoxdur.

Məsələylə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinədən isə onu bildirdilər ki, sözügedən bina artıq qeydiyyata alınıb və ən yaxın zamanda problem həll ediləcək.
Barxudar Barxudarov onu da bildirdi ki, hazırda ordakı sakinlərin əksəriyyəti ilə razılığa gəlinib. Və iki ailəlik kompensasiya istəyən sakinlərin də sənədlərinə uyğun şəkildə razılığa gəlinəcək. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Qəzalı bina hər an uça bilər - Sakinlər çıxılmaz vəziyyətdə qalıb

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.