Cəmiyyət

"26 Bakı Komissarı" küçəsinin adı dəyişdirildi - "2 Aprel" - VİDEO

25 Sentyabr 2017 22:58
2 Şərh     Baxış: 1 845
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Sabunçu rayonundakı "26 Bakı komissarı" küçəsinin adı dəyişdirilib.

Sakinlər deyir ki, 26 ildir ki, ölkəmiz müstəqil olmasına baxmayaraq niyəsə küçənin adı elə sovet dövründəki adında qalıb. Ümumiyyətlə küçənin əksəriyyəti ermənilərdən ibarət bir kammunanın adı ilə tanınması onları narahat edib. Elə buna görə də aidiyyatı qurumlara adın dəyişdirilməsi ilə bağlı dəfələrlə müraciət ediblər.

Milli.Az bildirir ki, bu gün isə küçənin adı dəyişdirilərək ötən il Qarabağda baş vermiş aprel döyüşlərinin şərəfinə iki aprel küçəsi adlandırılıb.

Sözügedən küçənin adının dəyişdirilməsi ilə bağlı təxminən 9 ay əvvəl "Xəzər Xəbər" olaraq bu problemi qabartmışdıq. Bu gün isə tarixə qara ləkə kimi düşən "26 Bakı komissarı" adı buradan götürüldü. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.