Cəmiyyət

Bu yol 5 mindən çox insanın işini asanlaşdıracaq - VİDEO

25 Sentyabr 2017 22:03
0 Şərh     Baxış: 1 372
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Burada yaşayan 5 mindən çox insan mənzil başına çatmaq üçün min bir əziyyətə qatlaşırdı. Buna görə də Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi xüsusi əhəmiyyəti ilə seçilir.

Milli.Az bildirir ki, avtomobil yolu torpaq və çınqıl örtüklü olduğu üçün xüsusən payız-qış mövsümündə vətəndaşların gediş-gəlişində problemlər yaşanırdı. Ölkə başçısının imzaladığı Sərəncamla "Azəryol" tərəfindən sözügedən yolun tikintisi işləri yüksək keyfiyyətlə aparılıb.

Yol iki hərəkət zolaqlı olmaqla, 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, kipləşdirilmə işləri görülüb, yola asfalt-beton örtüyü döşənib.

Yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə suötürücü boruların tikintisi işləri aparılıb. Avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhə quraşdırılıb, yola nişanlama xətləri çəkilib.
Ümumi uzunluğu 30 kilometrdən çox olan yolun 17,4 kilometri Prezident İlham əliyevin 2014-cü və 2015-ci illərdə imzaladığı sərəncamlara əsasən ayrılan vəsait hesabına yerli icra hakimiyyəti tərəfindən yenidən qurulub. Yolun qalan 12,8 kilometrinin yenidən qurulması isə dövlət başçısının ötən il imzaladığı Sərəncamla "Azəryol" ASC-yə həvalə edilib.

Qeyd edək ki, yeni və müasir görkəmdə istifadəyə verillən Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi 5 mindən çox əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdıracaq, kənd təsərrüfatı məhsullarının rahat şəkildə daşınmasına imkan yaranacaq. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bu yol 5 mindən çox insanın işini asanlaşdıracaq

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.