Cəmiyyət

Hər gələn dərib gedir: Həvəskar bağban küçəni bağa döndərib - VİDEO

25 Sentyabr 2017 21:30
7 Şərh     Baxış: 4 131
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qapılardan dibçək asılıb. Üzüm tənəyi pəncərələrə sarmaşıb. İlk baxışdan bağı xatırladan bu məkan Bakının Masazır qəsəbəsi Əliağa Vahid küçəsidə yerləşir. Baxımsız vəziyyətdə olan küçə Səyyar Quliyevin sayəsində gülüstana dönüb.

Milli.Az bildirir ki, 3 il əvvəl bura köçən Səyyar Quliyev küçəni bağa döndərmək qərarına gəlib. Əkinə yararsız olan torpağı becərmək uzun zəhmət sayəsində mümkün olub. Hazırda isə küçənin hər iki tərəfində meyvə-tərəvəz yetişir. Yoldan ötənlər, bazara getmək istəməyənlər buranın meyvəsindən dərirlər.

Sahəsi 400 kvadratmetrə yaxın olan küçədə çoxu bar verməklə 100-dən çox ağac var. Səyyar Quliyev gündə iki dəfə olmaqla onları sulayır. Küçənin abadlaşdığını görən 4 qonşu da bu təşəbbüsə qoşulub. Küçədə tingi 18 manata olmaqla 13 çinar və bahalı 20 zeytun ağacı əkilib.

Həvəskar bağban yayın əvvəlində şaxələnən ağacların sayəsində küçənin yaşıllığa büründüyünü deyir. Küçə sakinləri əvvəllər zülmətə qərq olan yola işıq da çəkiblər. İlan və qaranlığa görə yolunu dəyişənlər, indi bu yerdən park kimi istifadə edirlər. Onların tək arzusu yola asfalt çəkilməsidir. Yolun asfaltlanacağı təqdirdə küçənin digər qəsəbə sakinləri üçün örnək bir məkana çevriləcəyini deyirlər. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Hər gələn dərib gedir: Həvəskar bağban küçəni bağa döndərib

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.