Cəmiyyət

"Bollywood Night"da kim iştirak etmək istəyir? - Kastinq elan olunub

25 Sentyabr 2017 15:38
Baxış: 616
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Noyabrın 11-də, saat 19:00-da Bakının Heydər Əliyev adına İdman Arenasında möhtəşəm "Bollywood Night" bayramı keçiriləcək.

Milli.Az-ın məlumatına görə, Hindistanın Azərbaycandakı Assosiasiyasının (Indian Association Azerbaijan) dəstəyi ilə keçiriləcək bayramın təşkilatçısı "Full House Entertainment"dır.

"Bollywood Night"-da iştirak etmək istəyənlər üçün kastinq elan olunub. Kim hind mahnıları ifa etməyi və rəqsləri bacarırsa 077 622 92 98 telefon nömrəsinə əlaqə yarada bilərlər.

"Bollywood Night" Azərbaycan və Hindistan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə və Hindistanın müstəqilliyinin 70 illiyinə həsr olunub. Konsert proqramında hind və Azərbaycan estradasının ulduzları iştirak edəcəklər, iki ölkənin ənənəvi geyimlərindən ibarət "Fashion Show" təqdim olunacaq.

Qonaqlar üçün saat 17:00-dan saat 21:00-dək rəngarəng "Food & Shopping Festival" bayram yarmarkası da təşkil olunacaq. Yarmarkaya giriş yalnız biletlərlə mümkündür.

Daha ətraflı: https://www.facebook.com/bollywoodnight.in/

Məlumat üçün telefon nömrələri: (077) 6229270, (077) 6229295

Biletlərin qiyməti 10, 20, 40 və 75 manatdır. Biletlər Bakının bütün kassalarında, "28 Mall", "Gənclik Mall", "Asan Xidmət" mərkəzlərində və onlayn

https://iticket.az/ru/events/bollywood-night saytında satılır. Pulsuz çatdırılma üçün (077) 600 00 60 telefon nömrəsinə müraciət etmək kifayətdir.

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az, Azernews.az.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.