Cəmiyyət

Köhnə, yoxsa yeni? - Bakı sakinlərinin seçimi

25 Sentyabr 2017 11:10
1 Şərh     Baxış: 1 767
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı əhlinin aktual müzakirə mövzularından biri mənzildir.

Mənzil sahibi olmaq əksər şəhər sakinlərinin arzusudur. Bəs görəsən paytaxt əhli hansı mənzillərə üstünlük verir - Sovet dönəmində tikilmiş, yoxsa son illərdə inşa olunmuş yeni tikililərə?

Milli.Az "ACT Azərbaycan"nın keçirdiyi sorğunu təqdim edir:

Fikrini öyrəndiyimiz Bakı sakinlərinin yarıdan çoxu yeni tikililərə üstünlük verdiyini bildirib (53 %). Sovet dönəminin tikililərinə maraq nisbətən azdır (34 %).

Bəs çoxmərtəbəli binaları respondentlər üçün cəlbedici edən amillər hansılardır?

Yeni tikililəri sevdirən əsas səbəb onların geniş əraziyə malik olmalarıdır. Çoxmərtəbəli binaları seçənlərin yarıdan çoxu onları məhz bu səbəbdən seçdiklərini bildiriblər (65 %).

"Novostroyka"nı sevdirən ikinci amil bu binaların strukturunun, həmçinin kommunikasiya və təchizat sistemlərinin yeni qurulmasıdır (32 %).

Yeni tikililərin gözəl xarici görünüşə malik olmaları mənzil seçiminə təsir edən amillər arasında ilk üçlükdədir (30 %).

Yeni tikililəri bəyənənlərin beşdə biri onları sıfırdan dizayn etmə və ya planlaşdırma özəlliklərinə görə bəyəndiklərini bildirirlər (19 %).

Çoxmərtəbəli binaları sovet dönəminin tikililərindən daha təmiz sayanlar da bu sorğuda ön sıralarda yer alıblar (13 %).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.