Cəmiyyət

Azərbaycana mobil telefonların idxalı 2 dəfədən çox artıb

25 Sentyabr 2017 08:08
0 Şərh     Baxış: 1 204
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2017-ci ilin yanvar-iyun aylarında Azərbaycana 358 737 mobil telefon və digər mobil qurğular idxal olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, idxalın ümumi həcmi 32,081 milyon dollar təşkil edib.

Məlumata əsasən, bu ilin yeddi ayı ərzində ölkəyə gətirilən mobil qurğuların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə artıb. Ötən ilin yanvar-iyun aylarında ölkəyə 156 389 mobil qurğu idxal olunmuşdu. Builki göstərici dəyər baxımından 2016-cı ildə qeydə alınan göstəricini 96,5 faiz üstələyib.

İlin əvvəlindən ölkəyə orta hesabla aylıq 51 mindən çox mobil qurğu idxal edilib. Orta aylıq hesabla mobil telefon bazarının həcmi 4,58 milyon dollardan çox olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.