Cəmiyyət

Mirzə Ələkbər Sabirin ev muzeyi söküldü - VİDEO

24 Sentyabr 2017 23:16
0 Şərh     Baxış: 2 130
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Divarı uçduğuna görə, dahi şairin ev muzeyi söküldü. Bura məşhur azərbaycanlı şair Mirzə Ələkbər Sabirin Şamaxıdakı ev muzeyidir. İsmayıllı Regional Mədəniyyət və Turizm idarəsinin Şamaxı rayonu üzrə rəhbəri Rafael Tağıyev bildirib ki, sökülməyə səbəb evin bir divarının uçması olub. Onun sözlərinə görə, muzeyin sökülməsinə Mirzə Ələkbər Sabirin nəvələri Elçin və Gündüz Tahirli qərar veriblər.

Sakinlər isə muzeyin əsl üslubunun qorunub saxlanılmasının tərəfdarıdırlar.
Milli.Az bildirir ki, verilən məlumata görə, şairin ev muzeyi olduğu kimi yenidən tikiləcək. Yaxın zamanlarda muzeyin tikintisi başa çatacaq. Muzeydə olan bütün əşyalar hazırda Şamaxı Mərkəzi Kitabxanasında polis mühafizəsi altında saxlanılır. Tikinti başa çatdıqdan sonra əşyalar əvvəlki şəkildə öz yerlərinə yerləşdiriləcək. Ev əvvəlki formasında və şərq memarlıq üslübunda olacaq.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən də bildirilib ki, şairin evi çoxdan yararsız vəziyyətə düşüb və ev sökülüb. Həmin ev muzeyi orijinal deyildi. Hazırda layihə əsasında evin orjinalı inşa edilir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Mirzə Ələkbər Sabirin ev muzeyi söküldü

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.