Cəmiyyət

Möhürü hansı torpaqdan hazırlayırlar?

26 Sentyabr 2017 23:15
26 Şərh     Baxış: 2 439
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəriətə görə, istənilən yerdən götürülmüş pak torpağın üzərinə səcdə etmək olar və möhürü istənilən pak torpaqdan hazırlamaq icazəlidir.

Milli.Az islam.az-a istinadən bildirir ki, lakin bəzi müqəddəs məkanların torpağı dini mətnlərdə xüsusilə mübarək sayılır və namazda həmin torpaqlardan hazırlanmış möhürlərin üzərinə səcdə etmək müstəhəb bilinir. Bunların içində İmam Hüseynin (ə) dəfn edildiyi Kərbəla şəhərinin torpağı birinci yerdə durur. Kərbəla türbətindən düzəldilmiş möhür səcdə üçün ən fəzilətli hesab edilir. Bundan əlavə, İmam Rzanın (ə) dəfn edildiyi Məşhəd şəhərinin torpağından hazırlanmış möhürlər də çox istifadə edilir. Digər müqəddəs məkanların torpaqlarından hazırlanmış möhürlərə də az da olsa rast gəlinir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.