Cəmiyyət

Xırdalanda itkin düşən 13 yaşlı məktəblidən XƏBƏR VAR - YENİLƏNİB - VİDEO

24 Sentyabr 2017 23:43
14 Şərh     Baxış: 18 825
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

23:43

Hazırlıq adı ilə evdən çıxıb 4 gündür qayıtmayan uşaq nəhayət ki tapılıb. 13 yaşlı Ülvi Cəfərli bu gün günorta saatlarında evlərinə gəlib.

Milli.Az bildirir ki, bir necə gündür bütün ictimaiyyət Ülvinin axtarışları ilə məşğul idi. Sosial şəbəkələrdə tutmuş, müxtəlif media orqanlarına qədər hər yerdə onun haqda elanlar verilirdi. Bir çox insan könüllü olaraq uşağın axtarışına çıxmışdı. Ülvini dostları onu bu gün taparaq evlərinə gətirib.

Valideynlərinin sözlərinə görə, bu necə gündə çəkdikləri stress və əzab oğullarına sağlam şəkildə qovuşmaqları ilə sona yetib. Valideynlərinin sözlərinə görə Ülvinin evdən qaçmağına səbəb isə əylənmək istəyi olub.

4 gün ərzində Ülvi elə öz evlərinin yaxınlığında gizlənib. Hal-hazırda səhhətində hec bir problem yoxdur. Ülvinin özü isə baş verənlərlə bağlı qısa danışmağa üstünlük verib.

Bu hadisə yetkinlik yaşına çatan övladları çox sıxmağın hansı fəsadlar verə biləcəyini bir daha ortaya qoyur. /xezerxeber.az

Videonu izləmək üçün şəklə klikləyin:

Xırdalanda itkin düşən 13 yaşlı məktəblidən XƏBƏR VAR 

----------

15:57

Sentyabrın 21-də Xırdalanda 13 yaşlı Ülvi Cəfərlimin itkin düşməsi barədə xəbər vermişdik.

Milli.Az xəbər verir ki, atası Ruslan Cəfərlinin unikal.org-a verdiyi məlumata görə, Ülvi bu gün Sumqayıtda tapılıb.

Qeyd edib ki, hazırda övladının yanındadır və Ülvinin vəziyyəti yaxşıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.