Cəmiyyət

DTX rəisi: Dövlətə xəyanət edən hərbçilərlə bağlı işlər davam edir

24 Sentyabr 2017 12:58
Baxış: 2 457
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda dövlətə xəyanət edən hərbçilərin istintaqı davam etdirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev deyib.

DTX rəisi qeyd edib ki, hərbi qulluqçuların dövlətə xəyanət etməsi ilə bağlı görülən işlər məxfi olduğuna görə ətraflı məlumat vermək düzgün deyil: "Bu istiqamətdə hər zaman işlər görülür. Təbii ki, bir sıra dövlətlər bu kimi yırtıcı cəsusları işlədir. Dövlətin hüquq mühafizə orqanları bunla mübarizə aparır".

M.Quliyev əlavə edib ki, rekert jurnalistlərin həbsi ilə bağlı məsələyə də münasibət bildirib. O qeyd edib ki, 5-6 ildə belələri respublikada çox idi: "Bunların da qarşısı alınır".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.