Cəmiyyət

Erməni deputatlar Bakıda Qız qalasına getdilər - FOTO

23 Sentyabr 2017 21:17
14 Şərh     Baxış: 5 429
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda səfərdə olan Ermənistan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan bu gün Bakı şəhərinin mərkəzi küçələrini gəziblər.
 
Milli.Az modern.az-a istinadən bildirir ki, erməni deputatlar Qız qalasında olublar. Həmçinin paytaxtda yerləşən erməni kilsəsinə də baş çəkiblər. Daha sonra restoranların birində nahar ediblər.
 
Qeyd edək ki, Ermənistan Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Armen Aşotyan və deputat Mane Tandilyan Bakıda keçirilən "Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə "Şərq Tərəfdaşlığı" ölkələri parlamentlərinin cəlb edilməsi" adlı beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycana gəliblər.

Onların sentyabrın 28-nə kimi Bakıda olacağı gözlənilir...

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.