Cəmiyyət

Lütfi Zadəyə Heydər məscidində cənazə namazı qılınacaq

23 Sentyabr 2017 11:43
0 Şərh     Baxış: 2 070
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin nəşi gələn həftənin sonuna Bakıda olacaq.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, bu barədə açıqlamasında  Lütfi Zadənin ailə dostu, Azərbaycan Texniki Universitetinin hazırda Amerikada olan professoru Şahnaz Şahbazova deyib.

O bildirib ki, Lütfi Zadənin nəşinin Azərbaycana gətirlməsi ilə bağlı sənədləşmə işləri də artıq başa çatıb.

"Çatdırılma məsələsi gələn həftənin ikinci günü həyata keçiriləcək və bundan sonra morq mənə çatdırılmanın yerinə yetirilməsini təsdiq edən sənədi göndərəcək. Həmin sənəddə çatdırılmanın dəqiq vaxtı  və saatı qeyd olunacaq. Sənədləşməyə əsasən, Lütfi Zadənin nəşinin Azərbaycana gətirilməsini morq xidməti həyata keçirəcək".

Şahnaz Şahbazova qeyd edib ki, Lütfi Zadənin Bakıda dəfn olunmasının təşkili məsələlərinə rəhbərlik Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova tapşırılıb.

"Lütfi Zadənin nəşi Heydər məscidinə aparılacaq və orada cənazə namazı qılınacaq. Daha sonra onunla Milli Elmlər Akademiyasında vida mərasimi keçiriləcək və I Fəxri Xiyabanda dəfn olunacaq".

Qeyd edək ki, sentyabr ayının 6-da dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə dünyasını dəyişib. O, ölməzdən öncə Azərbaycanda dəfn olunmağını vəsiyyət edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.