Cəmiyyət

"Avtoş"luq edən qız Hafiz Hacıyevin qızıdır? - FOTO

23 Sentyabr 2017 11:25
12 Şərh     Baxış: 19 994
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin qızına məxsus avtomobil cərimə meydançasına aparılıb.

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı yol polisindəki mənbə verib.

Məlumata görə, 20 yaşlı Hacıyeva Fatimə Hafiz qızı gecə saatlarında idarə etdiyi qara rəngli "Hyundai İX-35" markalı avtomobillə restoranlardan birindən çıxıb. O, "Azneft" dairəsində Dəniz vağzalı istiqamətində hərəkətdə olarkən "Toyota Avalon" və "Niva" markalı avtomobilərlə ötüşməyə başlayıb. Yol-patrul xidmətinin əməkdaşlarına avtomobilləri saxlamaq göstərişi verilib. Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin naryadı ötüşən avtomobilləri saxlayıb. Hər üç maşın cərimə meydançasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

H. Hacıyev məsələ ilə bağlı qafqazinfoya açıqlama verib. O qeyd edib ki, onun Fatimə Hacıyeva adlı qızı yoxdur:

"Bunlar mənə qarşı şər kampaniyasının tərkib hissəsidir. Qızımın heç maşını da yoxdur. Kimsə mənə böhtan atır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.