Cəmiyyət

Ağcabədidə ölümlə nəticələnən qəza baş verdi

23 Sentyabr 2017 07:54
0 Şərh     Baxış: 585
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağcabədidə ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Muğanlı - Hüslü yolunda qeydə alınıb.
 
Qəza nəticəsində Hüslü kənd sakini Quliyev Rasif Akif oğlu hadisə yerində həyatını itirib, Rəncbərlər kənd sakini Məhərrəmov Sakit Çingiz oğlu isə ağır bədən xəsarəti ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
 
Xəstəxanadan verilən məlumata görə, S.Məhərrəmovun vəziyyəti ağırdır. Qəzanın təfərrüatları müəyyənləşdirilir.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.