Cəmiyyət

Xəstəxanadakı xəstələrin şəklini çəkərək yaydı: Həkimin hüquqi məsuliyyəti nə olacaq? - VİDEO

22 Sentyabr 2017 23:04
2 Şərh     Baxış: 2 979
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1 saylı Kliniki Tibbi Mrkəzdə tibb qardaşı işləyən Vüsal Quliyev sosial şəbəkədə olan hesabında növbə çəkərkən xidmət göstərdiyi xəstələrin şəkillərindən ibarət qovluq yerləşdirib.

Milli.Az bildirir ki, o, xəstəxanadakı xəstələrin xəbəri olmadan onların şəklini çəkib, sosial şəbəkəyə yerləşdirib.

Bu qovluqda əməliyyat olunan, reabilitasiya keçən ahıl, cavan, hətta uşaq pasiyentlərin şəkillərinə rast gəlmək mümkündür.

Şübhə yoxdur ki, Vusal Quliyev öz işini sevdiyi üçün bu şəkilləri paylaşıb. Lakin xəstələrin icazəsi olmadan onların şəkillərini çəkmək tibbi etika ilə üst üstə düşmür.
Məsələni işıqlandırarkən qərəzsizliyi əsas tutaraq, hazırda Səhiyyə Nazirliyi yanında İctimai Səhiyyə və İslahatlar Mərkəzində çalışan tibb işçisi ilə əlaqə saxlamağa çalışdıq. Əvvəlcə onu deyək ki, qəbul şöbəsinə etdiyimiz telefon zəngi zamanı ünvanladigimiz suala elə sualla cavab verirdilər. İşçilərin cavabı səbəbsiz, kobud və rəsmi müəssisə etikasına sığmayan dərəcədə idi.

Bir saat sonra isə hazırda həkim-rezident kimi çalışan Vüsal Quliyevlə əlaqə saxlaya bildik. O, əməlini etiraf etdi və xəstələrin şəkillərini sosial şəbəkədəki profilindən siləcəyini bildirdi.

Hüquqşünaslar isə hesab edir ki, qanunda bu tip faktların inzibati məsuliyyəti var. Çünki heç bir şəxs ondan xəbərsiz şəkillərinin sosial şəbəkədə yayılmasını istəməz.
Yəqin ki, bu fakt digər həkimlərə, ümumiyyətlə qanundan xəbərsiz olanlara bir nümunə olar. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Xəstəxanadakı xəstələrin şəklini çəkərək yaydı: Həkimin hüquqi məsuliyyəti nə olacaq?

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.