Cəmiyyət

Bakıda tikinti şirkəti fəhlələrin həyatını belə təhlükəyə atır - VİDEO

22 Sentyabr 2017 22:52
0 Şərh     Baxış: 2 124
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Heç bir təhlükəsizlik qaydasına əməl etmədən Bakıda binanın axırıncı mərtəbəsində tikinti işləri aparırlar.

Milli.Az bildirir ki, 16-cı mərtəbədə işləyən işçi başqalarının risk eləməyəcəyi şəkildə sərbəst gəzərək öz işini görür. Baş verəcək hər hansı bədbəxt hadisədən qorunmaq üçün isə heç bir qaydaya əməl etmir.

Həyatını riskə ataraq bu qaydada xeyli müddət işləyən şəxs təhlükəzilik kəmərindən də istifadə etmir. Buna görə də baş verəcək hər hansı hadisədən onu heç nə sığortalamır.

Görüntülərin qeydə alındığı ünvana getdik. Binanın tikintisini aparanlar müsahibə verməkdən boyun qaçırdılar və dedilər ki, görüntülərdə heç bir qeyri-adi hal yoxdur. Çəkiliş müddətində təhülkəsizlik qaydalarına əməl olunmadığının, işçilərin kaska belə taxmadiğının bir daha şahidi olduq.

Tikinti icraçıları orda kəmər və digər təhlükəsizlik vasitələrinə ehtiyac olmadığını desələr də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirdilər ki, burda Əmək Məcəlləsinin təhlükəsizlik qaydaları kobud şəkildə pozulub.

Dövlət Əmək Müfəttişliyi xidmətinin sektor müdiri Emil Allahverdiyev qaydaların bu cür pozulmasına görə işəgötürəni 2 min manata qədər cərimə gözlədiyini bildirdi. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda tikinti şirkəti fəhlələrin həyatını belə təhlükəyə atır

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.