Cəmiyyət

Ünvanına cərimə protokolu gəlib, amma maşın ona məxsus deyil - VİDEO

22 Sentyabr 2017 22:40
0 Şərh     Baxış: 1 584
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sürücünün adına cərimə protokolu gəlib, ancaq görüntüdəki avtomobil ona məxsus deyil.

Milli.Az bildirir ki, maraqlı hadisə paytaxtın Binəqədi rayonunda yaşayan Şamil Rzayevin başına gəlib.

Şamil Rzayev ona məxsus avtomobilin olduğunu, ancaq ona sürət həddini aşma ilə bağlı gələn radardakı maşının tamamilə başqa avtomobil olduğunu bildirir.

Onun ünvanına gələn protokoldakı fotolardan da aydın görünür ki, şəkildəki maşın tam başqadır.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kamran Əliyevlə əlaqə saxladıq. Onun sözlərinə görə, Şahin Rzayevin adına göndərilən həmin protokol əslində tam başqa sürücüyə məxsusdur və artıq protokol sistemdə aid olduğu şəxsin hesabına əlavə edilib.

Şahin Rzayev isə həmin protokolla bağlı heç bir cərimə ödəməyəcək. Çünki burada texniki səhvdən söhbət gedir.

Kamran Əliyev onu da qeyd etdi ki, belə halla qarşılaşan sürücülər ərazi üzrə yol polisi idarələrinə müraciət edərək, səhv gələn protokolları ləğv etdirə bilərlər. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Ünvanına cərimə protokolu gəlib, amma maşın ona məxsus deyil

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.