Cəmiyyət

İsti hava insanlarda narahatlıq yaradıb - Hava şəraiti nə vaxtdan sərinlənəcək? - VİDEO

22 Sentyabr 2017 22:28
16 Şərh     Baxış: 5 755
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son günlər havaların dəyişkən keçməsi insanların əhval-ruhiyyəsinə və səhhətinə, həmçinin istirahətinə təsirsiz ötüşmür.

Milli.Az bildirir ki, istilər və havadakı nəmişlik bir çoxlarını narahat edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji proqnozlar bürosundan aldığımız məlumata görə, ilin bu fəsli üçün havaların belə keçməsi əslində normaldır. Artıq payız fəsli başlayıb və bununla əlaqədar Azərbaycanın rayonlarında hava şəraiti qeyri-sabit keçəcək. Şimşək çaxacağı və yağış yağacağı gözlənilir.

Lakin paytaxt sakinlərinin təşvişə düşməsinin heç bir səbəbi yoxdur. Çünki bu proqnoz yalnız bölgələrə aiddir. Paytaxtda isə isti havalar hələ bir neçə gün davam edəcək.
Bölgələrdə isə küləkli-yağişli havalar sabahdan başlayaraq sentyabrın 26-dək davam edəcək. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
İsti hava insanlarda narahatlıq yaradıb - Hava şəraiti nə vaxtdan sərinlənəcək?

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.