Cəmiyyət

Qəbul imtahanlarında köklü dəyişiklik ediləcək - TƏFƏRRÜAT - VİDEO

22 Sentyabr 2017 22:10
0 Şərh     Baxış: 2 952
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qəbul imtahanlarındakı fənlərin sayı 5-dən 3-ə endirilir.

Milli.Az bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib. Sədr bildirib ki, 2019-cu ildə ali məktəblərə qəbul imtahanlarında 5 fəndən yox, 3 fəndən suallar salınacaq.

Bu il ümumi, yəni 9 illik orta təhsil səviyyəsi üzrə şagirdlərin biliyinin yekun qiymətləndirilməsi imtahanı yeni qaydalar əsasında keçirilib. 2019-cu ildən isə tam, yəni 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında da yeni təhsil standartları əsasında tərtib olunmuş qiymətləndirmə vasitələrindən istifadə olunacaq.
Həmçinin, buraxılış imtahanlarının nəticələri ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarının birgə nəticəsinə əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər.

2 il sonra buraxılış və qəbul imtahanlarında iştirak edəcək şagirdlərə və abituriyentlərə kömək məqsədilə cari tədris ilindən başlayaraq yeni model əsasında sınaq imtahanları, ingilis dili fənni üzrə monitorinq imtahanları keçiriləcək, müvafiq metodiki vəsaitlər nəşr olunacaq. Qəbul imtahanlarındakı ixtisas qruplarında hansı fənlərin olacağı və digər məsələlərlə bağlı yaxın günlərdə Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən birgə açıqlama veriləcək. /xezerxeber.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.