Cəmiyyət

Azərbaycanda satılan tibbi ləvazimatlar hansı ölkələrdən idxal edilir?

22 Sentyabr 2017 22:03
0 Şərh     Baxış: 1 283
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səhiyyə Nazirliyi apteklərdə satılan tibbi ləvazimat - şpris, təzyiq ölçən aparat, termometrlərin Azərbaycana idxal edildiyi ölkələri açıqlayıb.

Milli.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, ölkəmizə şprislər əsasən Türkiyə və Çindən gətirilir.

Təzyiq ölçən aparatlar, termometrlər isə respublikaya MDB, Avropa Birliyi ölkələri və Çindən idxal edilir.

Mərkəzdən bildirilib ki, şprislərin, təzyiq ölçən aparatların, termometrlərin gətirilməsi üçün tibb vasitələrinin idxalı üçün nəzərdə tutulan sənədlərin olması tələb edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.