Cəmiyyət

Gecə tez-tez oyanırsınızsa, SAĞLAMLIĞINIZ TƏHLÜKƏDƏDİR

23 Sentyabr 2017 21:35
3 Şərh     Baxış: 2 289
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xirosima Universiteti (Yaponiya) alimləri 13 000 insanın sağlamlıq haqqında məlumatını təhlil etdikdən sonra belə qərara gəliblər ki, gecə yuxudan tez-tez oyanan insanlarda ürəyin işemiya xəstəliyinin təhlükəsi 99% yüksəkdir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, gec yuxuya gedən insanlarda infarktın riski 52%, insultun riski isə 48% daha çoxdur.

The Daily Mail xəbər verir ki, araşdırmanın nəticələrinə görə, 6 saatdan az yatanlarda infarkt riski 24% artmış olur.

Alimlərin fikrinə görə, yuxu pozulmaları, xüsusilə gecə tez-tez oyanmaq simpatik sinir sistemini aktivləşdirir. Nəticədə qan təzyiqi və nəbz artır ki, bu da öz növbəsində ürəyə düşən gərginliyi xeyli artırır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.