Cəmiyyət

Abşeronda 13 yaşlı oğlan yoxa çıxdı - FOTO

22 Sentyabr 2017 15:16
9 Şərh     Baxış: 4 169
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Abşeron rayonu Xırdalan şəhəri 25-ci məhəllə, ev 3, mənzil 36-da yaşayan 2004-ci il təvəllüdlü Cəfərli Ülvi Ruslan oğlu itkin düşüb.

Milli.Az unikal.org-a istinadən xəbər verir ki, bu barədə itkin düşən Ülvinin atası Ruslan Cəfərli bildirib. O deyib ki, övladı axşam saat 19:00 radələrində müəllim yanına hazırlığa getmək üçün evdən çıxıb: "Gecə evə qayıtmadığına görə, ilk olaraq müəllimi ilə əlaqə saxladıq. O, Ülvinin hazırlığa gəlmədiyini bildirib. Hadisədən dərhal sonra polisə müraciət etdik. Hazırda axtarışlara qohum-qardaşlar da qoşulub".
 
Ruslan Cəfərli övladı ilə evdə heç bir münaqişənin olmadığını da deyib: "Oğlumu görənlərdən xahiş edirəm ki, mən və yaxud polis bölməsi ilə əlaqə saxlasınlar".
 
Əlaqə nömrəsi: 0503848974
 
Qeyd edək ki, Cəfərli Ülvü Ruslan oğlu Xırdalanda 3 nömrəli məktəbin şagirdidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.