Cəmiyyət

Aprel döyüşlərinin qazisi şəhid əsgərinin anasını qucaqladı: Bağışla, ana, qoruya bilmədim oğlunu - VİDEO

22 Sentyabr 2017 14:14
23 Şərh     Baxış: 7 991
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu videoda 2016-cı il aprel döyüşlərində qəhrəmancasına döyüşən igid soydaşımız, 3 erməni əsgərini cəhənnəmə göndərən, 5 əsgərini şəhid verən komandir, baş leytenant Azər Məmmədov və onun şəhid əsgəri Nurayev Rəvandan bəhs olunur.

Milli.Az bildirir ki, videoçarx "Greetings from Azerbaijan" tərəfindən hazırlanıb.

Azər Məmmədov onurğadan yaralandığına görə onda hərəkət məhdudiyyəti yaranıb. Buna baxmayaraq o, yaxın ərazilərdə yaşayan şəhid əsgərlərinin yas mərasimlərinə qatılıb, şəhid əsgərlərinin məzarlarını ziyarət edib.

Lakin məsafəcə uzaq olduğuna görə və səhhətinin buna imkan vermədiyinə görə Zaqataladan olan əsgəri Nurayev Rəvanın qəbrini və ailəsini ziyarət edə bilməmişdi. Bu Azər Məmmədovu mənəvi borc olaraq narahat edirdi. Allahın şəfası nəticəsində qismən də olsa, səhhətində irəliləyiş olan kimi komandir şəhidləri unutmamaq və onları yad etməyi özünə borc bilib Zaqatalaya, Rəvan Nurayevin ailəsini və qəbrini ziyarət etməyə yollanıb.

Sağ olanlara dəyər verin! Onlardir bizim gələcəyə ötürəcəyimiz tariximiz. Azdırmı bu tarixdə Azər Məmmədov kimi əsgərlərini döyüsdə itirən zabit? Ya A.Məmmədovun əsgəri, şəhidimiz Rəvan Nurayev?

Anasının aylardır qurumayan göz yaşları var. Çoxdur ölkədə o ANAdan.

Oglunun xidmət yoldaşlarını özünə bala bilən, oğul bilən.

Şəhid anası olmaq yükdür, yuxusuz gecələrdir, fəryadı səngiməyən ürəkdir, daim qovrulan ruhdur.

Ulusumuzun bəzi evlərində fotoşəkillər, xatirələr, dərsliklərə, kitablara müqəddəs nam kimi həkk olunan, kişi kimi gəldikləri bu dünyadan elə kişi kimi köcdükləri şəhidlərin adları var.

Çünki cəsurluq və mərdiyi sonradan öyrənmək mümkün deyil.

Elə tərgitmək də...

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Aprel döyüşlərinin qazisi şəhid əsgərinin anasını qucaqladı:Bağışla, ana, qoruya bilmədim oğlunu

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.