Cəmiyyət

Bakıda 3 yaşlı oğlu ilə evdən qaçan 22 yaşlı gəlin tapıldı - FOTO

22 Sentyabr 2017 11:08
3 Şərh     Baxış: 12 493
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin iyul ayında Bakı şəhərinin Xəzər rayonunda 3 yaşlı oğlu Nurlanla birgə yaşadığı evdən qaçan 22 yaşlı Xanım Quliyeva tapılıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının apardığı axtarış tədbirləri nəticəsində qadının yeri müəyyən edilib və onun ailəsinə qayıtması təmin edilib.

Qeyd edək ki, gənc qadın ailə münaqişəsi zəminində azyaşlı oğlunu da götürərək evdən getmişdi. O, daha sonra KİV-lə əlaqə saxlayaraq müstəqil yaşaya biləcəyini, işlədiyini və oğluna özünün baxacağını demişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.