Cəmiyyət

Bu universitetdə hicabla dərsə gəlmək qadağan olundu - Azərbaycanda

21 Sentyabr 2017 22:06
93 Şərh     Baxış: 8 665
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mingəçevir Dövlət Universitetində hicablı tələbələri dərsə buraxmırlar.

Milli.Az yenicag.az-a istinadən bildirir ki, məsələ ilə bağlı açıqlama verən universitetin rektoru Akif Hacıyev məlumatın doğru olduğunu deyib:

"Biz Mingəçevir Dövlət Universitetinin Nizamnaməsinin 1.7-ci bəndinə əsasən, universitetdə təhsil alanların geyim formasının Elmi Şuranın qərarı ilə müəyyənləşdirmişik", - deyə rektor vurğulayıb.

A.Hacıyev bildirib ki, universitetdə 2-3 nəfər tələbə hicablıdır: "Biz hicabın əleyhinə deyilik. Özləri bilərlər, amma dərsə daxil olanda deyirik ki, hicabınızı açın və dərs bitəndən sonra hicabınızı taxın. Vəssalam. Bir də ki, üzü saqqallı gənclərin dərsə gəlməyini qadağan etmişik. Burada qəbahətli heç nə yoxdur. Azərbaycanda din dövlətdən ayrıdır. Artıq tələbələr dərsə hicabsız gəlirlər. Heç bir problem yoxdur".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.