Cəmiyyət

Lənkəranda kişini qatar vurdu - YENİLƏNİB - FOTO

21 Sentyabr 2017 23:22
0 Şərh     Baxış: 1 375
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

23:22

Lənkəranda qatar vuraraq öldürdüyü kişinin şəxsiyyəti müəyyənləşib.

Milli.Az "Report"a istinadən bildirir ki, ölən şəxs 1995-ci il təvəllüdlü Lənkəran sakini Hüseynli Tural Rza oğludur.

22:36

Lənkəranda piyadanı qatar vurması səbəbindən Astaradan Bakıya gedən sərnişin qatarının hərəkəti dayandırılıb. Lakin bir qədər sonra hərəkət bərpa olunub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə dəmir yol xəttinə paralel ərazidə yerləşən "Sahil" istirahət parkının arxasında, dəmir yol vağzalından təxminən 2 km məsafədə baş verib.

Prokurorluq hadisə yerində araşdırma aparır. Vurulan kişinin şəxsiyyəti hələ ki, müəyyənləşməyib.

21:39

Lənkəranda qatar yerli sakini vurub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə yerinə "təcili yardım" maşını çağırılıb.
Hazırda vurulan şəxsin vəziyyəti barədə məlumat yoxdur. Hadisənin təfərrüatları barədə məlumat veriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.